Google translate-ın istifadə Wikipedia-ya ziyan vurur » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"  |     22:47 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     22:40 Bakı-Quba yolunda "KIA Sportage" aşıb, beş nəfər xəsarət alıb  |     22:33 "Təyyarə qəzasında sağ qalan yoxdur"  |     22:31 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək  |     22:26 Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək  |     22:20 Azərbaycanda elektrobuslar istehsal ediləcək  |     22:11 Bu tarixdə "Sea Breeze"dən Pirşağıya tramvay xətti çəkiləcək  |     21:57 "Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR? - Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı  |     21:45 Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş  |     21:37 Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq  |     21:30 Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək  |     21:21 Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ  |     21:14 Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN  |     21:06 Pozuntularla bağlı müraciətlər var - MSK sədri  |     20:36 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır  |     20:24 Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir  |     19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |    

Google translate-ın istifadə Wikipedia-ya ziyan vurur

Wikipedia-nın yaranma məqsədi bilikləri hər kəs üçün açıq etməkdir. Lakin materialların böyük hissəsi yalnız ingiliscə paylaşılır. Hazırda ingilis dilli Wikipedia 5.5 milyon məqaləsi ilə ən nəhəng nəşr hesab olunur. 301 məşhur nəşrlərdən yalnız 15 nəşr məqalə sayının 1 milyonu keçməsi ilə övünə bilər. Amma onların keyfiyyəti o qədər də yaxşı deyil. Bəzi materialları isə ümumiyyətlə tapmaq olmur. Wikipedia-da bunun səbəbinin maşın tərcüməsində olduğunu deyirlər.

Median.Az
technote.az-a istinadən bildirir ki, bu ilin yanvar ayında Wikimedia Foundation qeyri kommersiya təşkilatı Google şirkəti ilə razılaşma imzaladı. Razılaşmaya əsasən Google Wikipedia-ya Google Translate tərcüməçisini öz tərcümə aləti ilə birgə istifadə etməyə icazə verdi. Lakin ingilis dilində olmayan materiallar ilə işləyən redaktorlar üçün bu daha da böyük bir problem yaratmış oldu. Bu, Wikipedia-nın maşın tərcüməsinə ehtiyacı barədə diskussiyaları yenidən canlandırdı.

Düzgün istifadə etdikdə avtomatik tərcümə redaktorların dəyərli vaxtına qənaət edə bilər. Əks halda isə nəticələr katastrofik ola bilərlər. Məsələn, portuqal Wikipedia-nın redaktoru məqalələrdən birində yolverilməz maşın təcüməsini aşkarladı. Bu məqalədə "village pump" (kənd quyusu) "bomb the village" (kəndi bombalamaq) sözünə çevrilmiş idi.

Avtomatik tərcümələr o qədər böyük bir problemə çevrildilər ki, Wikipedia-nın bəzi redaksiyalarında xüsusi qaydalar tərtib olunub. Bu qaydalara əsasən redaktorlar aşkarlanmış məqaləni tamamilə silə bilərlər. Silinməni asanlaşdırmaq üçün həta "X2. Tərcümə alətiylə yaradılmış səhifələr" kriteriyası da var.

Bluminqtonun İndian universitetində işləyən Professor Duqlas Xofştadter (Douglas Holfstadter) SZ-nin (süni zəka) insan üçün tərcümə edə biləcək qədər hazır olması fikrini səhv hesab edir. O, bu mövzu ilə əlaqədar yazdığı məqalədə qeyd edir ki, maşın tərcüməsi səthidir, SZ söz və cümlələrin dərin mənasını anlamadan tərcümə edir. Belə sistemlər böyük məlumat massivlərində statik bənzərlikləri araşdıraraq tərcümə etməyi öyrənirlər, bu isə o deməkdir ki, onlar dilin bir çox nüanslarına qarşı koranədirlər.

Wikipedia-nın problemi ondadır ki, onların maşın tərcüməsi redaktorlar tərəfindən ciddi nəzarətin olmasını tələb edir. Redaktorlar hər iki dili yaxşı bilməlidirlər. Lakin reallıq onu göstərir ki, bu həmişə belə olmur. Çünki məqalələr üzərində əsasən könüllü qeyri-peşəkarlar işləyirlər. Bu istifadəçilər tez-tez avtomatik tərcümədən istifadə edirlər və məqalələrini heç bir resenziya olmadan dərc edirlər. Nəticədə biz keyfiyyətsiz tərcümə ilə üzləşirik. Bütün bunlar nəticədə Wikipedia-nın öz avtoritetini itirməsinə gətirə bilər.

Maşın tərcüməsini tənqid edənlər az deyil. İndoneziya Wikipedia-sı hətta Wikimedia Foundation təşkilatından maşın tərcüməsi alətini silmələrini rəsmi olaraq tələb edib. İstifadəçilərin çoxu isə əmindirlər ki, maşın heç vaxt tərcümə mövzusunda insanı əvəz edə bilməz.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 329 16.05.19 23:54