Biletlərin axtarış portalı "TicketLens" dünyanın 20 ən bahalı görməli yerlərinin reytinqini tərtib edib.
Median.Az fed.az-a istinadən bildirir ki, obyektlərin əksəriyyəti ABŞ-ın və Böyük Britaniyanın ərazisində yerləşir. Bilet qiymətləri "əl yandıran" görməli yerlərin TOP-20-liyi belədir:
Eləcə də bax: Turistlər Azərbaycandan ən çox - NƏ ALIB APARIR?
20. Balyonun Evi (Barselona) - 28 dollar
19. "Guinness Store House" Ginessin evi (Dublin, İrlandiya) - 28 dollar
18. "One Piece Tower" teleqüllə (Tokio) - 28 dollar
17. Potal sarayı (Tibet) - 30 dollar
16. "Londonun gözü" fırlanan əyləncə çarxı (London) - 31 dollar
15. Bukinqem sarayı (London) - 31 dolları
14. Tauer (London) - 32 dollar
13. "Perlan: İslandiyanın möcüzələri" muzeyi (Reykyavik) - 32 dollar
12. "Qisasçılar"a həsr olunmuş S.T.A.T.I.O.N parkı (Las-Veqas) - 34 dollar
11. "One World" rəsədxanası (Nyu-York) - 35 dollar
10. Vestminster sarayı (London) - 36 dollar
9. "Rəng Fabriki" sərgisi (Nyu-York) - 38 dollar
8. Rokfeller mərkəzinin müşahidə meydançası (Nyu-York) - 40 dollar
7. Empayr-steyt-bildinq göydələni (Nyu-York) - 40 dollar
6. Trolls: The Experience tematik park (Nyu-York) - 40 dollar
5. Spyscape xəfiyyəlik müzeyi (Nyu-York) - 42 dollar
4. Madam Tüsso mum fiqurlar muzeyi (London) - 46 dollar
3. Bürc-Xəlifə göydələni (Dubay) - 56 dollar
2. "Hengdian World Studios" studiyası (Donqyanq, Çin) - 57 dollar
1. "Warner Bros. The Making of Harry Potter" studiyası (London) - 59 dollar