Alça yedikdən sonra bunu edin » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"  |     22:47 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     22:40 Bakı-Quba yolunda "KIA Sportage" aşıb, beş nəfər xəsarət alıb  |     22:33 "Təyyarə qəzasında sağ qalan yoxdur"  |     22:31 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək  |     22:26 Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək  |     22:20 Azərbaycanda elektrobuslar istehsal ediləcək  |     22:11 Bu tarixdə "Sea Breeze"dən Pirşağıya tramvay xətti çəkiləcək  |     21:57 "Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR? - Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı  |     21:45 Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş  |     21:37 Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq  |     21:30 Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək  |     21:21 Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ  |     21:14 Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN  |     21:06 Pozuntularla bağlı müraciətlər var - MSK sədri  |     20:36 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır  |     20:24 Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir  |     19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |    

Alça yedikdən sonra bunu edin

May ayı çoxları üçün alça mövsümünün elan olunması kimi yadda qalır və sevilir.

Median.Az
xəbər verir ki, mütəxəssislər alça yedikdən sonra dişləri fırçalamamaq lazım olduğunu deyib.

Təzə meyvə, bəzi bitki mənşəli çaylar, turş və qazlı içkilər, şirin və ya turş yeməklər də dişlərin aşınmasına səbəb olur. Aparılan tədqiqatda məlum olub ki, gündə iki dəfədən çox sitrus meyvələri yeyən insanların dişləri daha az sitrus meyvələri yeyən insanlarla müqayisədə daha çox eroziyaya məruz qalır. Həmçinin qazlı içki və alma sirkəsindən çox istifadə edənlər də risk qrupuna daxil edilir. Qazlı içkilər və turş məhsulların həddən artıq istifadəsi dişlərdə turşu erroziya ehtimalını 4-10 qat arasında daha çox artırır.

Mütəxəssislər bildirir ki, qazlı və turş məhsulların qəbulundan sonra dişləri dərhal fırçalamaq olmaz. Çünki yemək vaxtı dişlərə yapışan artıqlar qısa müddətdə turşuya çevrilir. Yeməkdən sonra dişləri fırçaladıqda turşu ağız içinə yayılır. Bildirilib ki, ağızdakı turşuluq diş minasını yumşaldaraq alt təbəqəni aşındırır, keyfiyyətini aşağı salır və zəiflədir. Beləliklə, dişlər daha asan və tez çürüyür. Dişləri yeməkdən dərhal sonra deyil, 1-2 saat sonra yuyun.

Odur ki, turş alça kimi ərzaqlar yedikdən sonra turşunu neytrallaşdırmaq üçün ağzınızı su ilə yumaq lazımdır. Dişlərinizi təmizləmək ehtiyacı hiss edirsinizsə, ağzınızı çalxalayın və sonra bir stəkan ilıq su için. (publika.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 382 08.05.19 23:54