Ailədəki problemlər uşaqlarda xəstəlik yaradır – VALİDEYNLƏR OXUSUN » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"  |     22:47 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     22:40 Bakı-Quba yolunda "KIA Sportage" aşıb, beş nəfər xəsarət alıb  |     22:33 "Təyyarə qəzasında sağ qalan yoxdur"  |     22:31 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək  |     22:26 Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək  |     22:20 Azərbaycanda elektrobuslar istehsal ediləcək  |     22:11 Bu tarixdə "Sea Breeze"dən Pirşağıya tramvay xətti çəkiləcək  |     21:57 "Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR? - Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı  |     21:45 Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş  |     21:37 Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq  |     21:30 Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək  |     21:21 Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ  |     21:14 Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN  |     21:06 Pozuntularla bağlı müraciətlər var - MSK sədri  |     20:36 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır  |     20:24 Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir  |     19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |    

Ailədəki problemlər uşaqlarda xəstəlik yaradır – VALİDEYNLƏR OXUSUN

Əgər uşaq tez-tez valideynlərin qalmaqallarının şahidi olursa, onda yeniyetmə yaşlarında depressiyanın inkişaf edəcəyi ehtimalı yüksəkdir. Bunu Kembric Universitetinin professor Yan Qudayeranın rəhbərliyi altında çalışan əməkdaşları müəyyən ediblər. Bu barədə Rusiya KİV-i "Daily Mail"-ə istinadən xəbər verir.

Median.Az
gencaile.az-a istinadən bildirir ki, alimlərin fikrincə, depressiyanın inkişaf etməsi üçün təkcə mübahisələrin daimi iştirakçısı olmaq kifayət deyil. Əgər uşaqda emosiyaları qavramaqla bağlı olan genin versiyası varsa, onda problemlərin meydana çıxması mümkündür. Yəni bəzi uşaqlar emosiyalarla bağlı informasiyanı "həzm edə" bilmirlər. Nəticə isə psixi sapmalardır. "Emosional elastikliyi" aradan qaldıran həmin geni hər beş nəfərdən birində tapmaq mümkündür. Belə nəticələr 15-18 yaşında 238 yeniyetmə üzərində müşahidədən sonra əldə olunub. Alimlər hesab edirlər ki, buna görə də bəzən ailənin nəyin bahasına olursa olsun saxlanılması heç də ən yaxşı variant deyil.

Müşahidələr göstərib ki, əgər yeniyetmə emosiyaların öhdəsindən pis gəlirsə, il ərzində onda depressiyanın inkişafı riski dörd dəfə artır. Həm də risk qrupundan yeniyetmələr bir qayda olaraq 6 yaşa qədər ailə mübahizələri ilə (mübahisələr bir il yarımdan çox davam edib) rastlaşıblar.

Qeyd edək ki, hər üç uşaqdan biri belə rejimdə yaşayır. Psixoloqların fikrincə, əldə olunan nəticələrə əsaslanaraq müzakirə üçün istənilən yaşı, həyəcanlılıq və başqa sapmaları götürüb hər dörd nəfərdən birinə diaqnoz qoymaq mümkün olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 995 27.04.19 23:00