Daun sindromlu insanlar nə qədər yaşayır? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"  |     22:47 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     22:40 Bakı-Quba yolunda "KIA Sportage" aşıb, beş nəfər xəsarət alıb  |     22:33 "Təyyarə qəzasında sağ qalan yoxdur"  |     22:31 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək  |     22:26 Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək  |     22:20 Azərbaycanda elektrobuslar istehsal ediləcək  |     22:11 Bu tarixdə "Sea Breeze"dən Pirşağıya tramvay xətti çəkiləcək  |     21:57 "Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR? - Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı  |     21:45 Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş  |     21:37 Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq  |     21:30 Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək  |     21:21 Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ  |     21:14 Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN  |     21:06 Pozuntularla bağlı müraciətlər var - MSK sədri  |     20:36 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır  |     20:24 Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir  |     19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |    

Daun sindromlu insanlar nə qədər yaşayır?

Daun sindromu bu qüsuru kəşf edən alimin (Lanqdan Daun) şərəfinə "Daun" adlandırılıb. Bu sindromun yaranma səbəbi barədə tibdə hələ ki, geniş məlumat yoxdur. Bilinən yalnız budur ki, bu sindroma, əsasən, 35 yaşından sonra hamilə qalan və irsi genetik xromosom dəyişiklikləri olan qadınların körpələrində rast gəlinir. Belə ki, 30 yaş altındakı hamiləliklər zamanı bu sindromun ortaya çıxması ehtimalı 1/1000-dən də azdır. Daun sindromu ilə uşaq doğma ehtimalı 35-40 yaşlı qadınlarda 10 dəfə, 40 yaşdan yuxarı olanlarda 100 dəfə çoxdur. Eyni zamanda 20 yaşından gənc anaların da uşaqları daun ola bilər.

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, Daun irsidir və uşağa yalnız anadan keçir. Yəni burada atanın və onun yaşının heç bir fərqi yoxdur. Həkimlərin bildirdiyinə görə, çox vaxt irsi xəstəlik dedikdə, elə hesab edirlər ki, nəsildə kimdəsə Daun sindromu olubsa, sonradan da kimsə bu xəstəliyə tutulacaq. Ancaq bu, belə deyil. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Yəni normal insanda 46 xromosom olduğu halda, bu uşaqlarda 47 xromosom olur. Bəzi məlumatlara görə isə, Daun sindromunu törədən səbəblərdən biri də tərkibində kofein, teobromin, teofilin olan maddələrin çox qəbul edilməsidir. Nəzərə çatdıraq ki, enerji içkilərində bu maddələr çox üstünlük təşkil edir.

Daunlu uşaqlar bir-birinə çox oxşayır, stereotipləri eyni olur. Sanki hamısı qohumdur. Hamısında boy qısa olur, əqli inkişafdan geri qalır, kəllə kiçik və yumru olub, üz nahiyəsi yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur.

Daun sindromlu xəstələr nədən əziyyət çəkirlər?

Onlarda görmə pozğunluğu müşahidə olunur, qulaqları zəif inkişaf edir. Skeletin normal inkişafı pozulduğu üçün körpələr oturmağı və yeriməyi gec öyrənir. Həzm və qan-damar sistemində ciddi patologiyalara rast gəlinir. İmmun sistemi zəifləyir, xəstəliklərə daha tez tutulur, xüsusilə də bədxassəli şişlərə tutulma riski çox böyükdür. Beynin ümumi inkişafdan qalması və beyinciyin zəif inkişaf eləməsi əqli cəhətdən geriliyə, eləcə də hərəkətin normal koordinasiyasının pozulmasına gətirib çıxarır. Kişilər dölsüz olur, qadınlar bəzən nəsil verə bilir. Daun sindromlu insanların əksəriyyətinin böyrəklərində və ürəklərində anadangəlmə qüsur müşahidə edilir. Ağıl kəmliyi hamısı üçün xarakterikdir. Onlarda tez-tez piylənmə halları da aşkar edilir. Amma Daun sindromlu uşaqlar çox mehriban olurlar.

Daunlu uşaqlara necə nəzarət edilir?

Belə uşaqlar piylənməyə meylli olduqları üçün yağlı qidalardan uzaq olmaları lazımdır. Vitaminli qidalar daha məsləhətdir. Daun xəstələrinin dişlərində də daim problemlər olur. Buna görə də onlar daha çox kalsiumlu qidalar qəbul etməlidirlər. Ən əsası isə Daun sindromlu uşaqların ayaqları və əlləri tez-tez masaj olunmalıdır. Bundan başqa, daun sindromlu uşaqlarla xüsusi olaraq psixoloq və loqoped işləməlidir. Bu uşaqların təhsil alması vacibdir. Belə uşaqların cəmiyyətdən təcrid olunması tamamilə yanlışdır.

Hamilələrin diqqətinə!

Hamilələr bu sindroma qarşı mütləq yoxlanılmalıdır. Hamiləliyin təxminən 4-cü ayında uşağın Daun sindromlu olub-olmayacağı bəlli olur. Anaya uşaqla bağlı məlumatlar verilir və hamiləliyin qarşısının alınması ananın öz öhdəsinə buraxılır. Azərbaycanda da perinatal diaqnostika vasitəsilə uşağın Daun sindromlu doğulub-doğulmayacağını müəyyənləşdirmək olar.

Əvvəllər Daun sindromu ilə doğulan uşaqların 16-18 il ömür sürdüyü bildirilirdi. Hazırda isə bu insanların normal insanlar kimi ömür sürdüyü təsdiqlənir. 40-50 yaşında xeyli Daun sindromlu insanla rastlaşmaq mümkündür. Həkimlərin sözlərinə görə, bu uşaqlar adi insanlar kimi 70 il də yaşaya bilərlər.

Unutmayın ki, Daun sindromlu insanlar xəstə deyillər, sadəcə fərqlidirlər. Onların böyüdülməsi, tərbiyə edilməsi çətin olsa da, qeyri-mümkün deyil.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 803 30.03.19 22:44