Azərbaycanda dovğanı səhv bişirirlər, ölü qida kimi zərərlidir – Məşhur həkim » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:23 Əfsanəvi "F-1" pilotunun dəbilqəsi hərraca çıxarıldı  |     11:17 Azərbaycana gətirilən arıqlama çaylarında təhlükəli maddə aşkarlandı - XƏBƏRDARLIQ  |     23:01 Bu məktəbdə yoxlamalar BAŞLADI  |     22:55 Laçında aşan yük avtomobilinin görüntüsü - VİDEO  |     22:49 Hansı avtomobillər keyfiyyətsizdir?  |     22:41 “M23” üsyançıları Konqonun şərqində irəliləyir  |     22:34 Azərbaycanın nar ixracından gəliri niyə azalıb?  |     22:28 Rusiyada dayanacaqda 30-dan çox avtomobil yandı  |     22:21 Ağdərədə ermənilərə məxsus silahlar aşkarlandı  |     22:16 Daha bir ölkə ÜST-dən çıxır  |     22:07 Bakı metrosunda qatarın tavanından salona su axdı - Araşdırma aparıldı  |     21:59 "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə edildi - Rəhbəri narazı qaldı  |     21:46 Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır  |     21:40 ABŞ Nümayəndələr Palatası Trampa impiçment elan etmək istəyir  |     21:15 "An-2" sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib  |     21:14 Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq  |     21:10 Məşhur cərrah Dilqəm Məhərrəmov və həyat yoldaşı lisenziyasız qaldılar  |     21:05 DSMF sədri: "Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edəcək"  |     21:04 Azərbaycan Kuboku: "Sabah" - "Sumqayıt" oyununda hesab açılmayıb  |     21:02 Ağcabədidə keçmiş məhkum özünü asdı  |    

Azərbaycanda dovğanı səhv bişirirlər, ölü qida kimi zərərlidir – Məşhur həkim

Azərbaycanda uşaqdan böyüyə əksəriyyətin sevimli qidası, çoxunun isə yemək yox, içkisi hesab olunan dovğa faydalı olması ilə yanaşı mədə-bağırsaq sistemində bir sıra problemlər, xüsusən köp yaradır.

Təbii üsullarla müalicə mərkəzinin rəhbəri, tanınmış həkim Seyfəddin Əsəd Azərbaycanda dovğanın səhv bişirildiyini, ona görə səhhətə zərərli olduğunu bildirib.

Median.Az medicina.az-a istinadən bildirir ki, həkim ən düzgün dovğanın İranda bişirildiyinin şahidi olduğunu deyib.

"Orda bir dovğa yedim - ləzzətli və sağlam idi. Deməli, bizim şomu dediyimiz ispanağı suda bişirir, süzür, əzirlər. Qatığı sadəcə taxta qaşıqla yaxşıca qarışdırırlar. Sonra ona bu bişmiş şomunu qatıb yeyirlər. İçində düyü, yumurta yox idi. Çox da ləzzətli, faydalı dovğa idi".

Həkim dünyada yalnız Azərbaycanda bişmiş süddən qoyulan qatığın yenidən bişirildiyini bildirib: "Bununla da süddə olan bütün faydalı maddələr itib gedir. Ölü qatığın nəyə xeyri ola bilər? Ona görə xəstələr dovğa yeyəndən sonra köpdən, baş ağrısından şikayətlənirlər.

Dovğa bişirmək istəyirsizsə, qatığı qaynatmayın. Düyünü, istənilən göyərtiləri, lap yumurtanı da qatmaq istəyirsizsə, ayrıca bişirib əlavə edin, amma qatığı bişirməyin"
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 963 26.02.19 22:26