Hamilələr qışda bunlara diqqət etməlidir - İki nəfərlik qidalanmayın! » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:49 Şəkidə qəzada xəsarət alan qadın xəstəxanada ölüb  |     13:43 Türkiyə XİN Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibəti ilə təbrik edib  |     13:38 Evdə tək qalan psixoloji problemli şəxs faciəli şəkildə öldü  |     13:31 Azərbaycanda tələbə qəfil vəfat edib - FOTO  |     13:26 Laçında yabanı halda bitən bir tondan artıq çətənə kolu məhv edildi  |     13:18 COP29 müddətində hər hansı məhdudiyyət, qadağa və SMS icazə olmayacaq - RƏSMİ  |     13:10 Ruben Vardanyan barədə qərar verildi - VİDEO  |     13:05 Bakıda sabah gecə bağlı olacaq yolların SİYAHISI  |     13:03 Gəncə şəhərində "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib  |     13:02 Bərdədə narkotik vasitədən istifadə etməkdə şübhəli bilinən sürücü saxlanılıb  |     13:02 Yəhya Sinvarı əvəz edəcək şəxsin adı açıqlanıb  |     12:59 106 yaşlı qadın uzunömürlülük sirrini açıqladı  |     12:57 Yerə düşən meteorların mənşəyi müəyyən edilib  |     12:55 Xanımların maraqla gözlədiyi tövsiyə: Arıqlama zamanı ÇÖRƏK YEYİN  |     12:54 Üç ölkə arasında hərbi mobillik dəhlizi yaradılacaq  |     12:52 Almaniyadan Ukraynaya növbəti YARDIM  |     12:48 Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı  |     12:38 Yollarda moped problemi: Ekspertlər həll yolu təklif edirlər - VİDEO  |     12:34 "Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? - VİDEO  |     12:27 Bakıda yaşlı kişi küçədə yaşayır: "Daha rahat və azad oluram" - VİDEO  |    

Hamilələr qışda bunlara diqqət etməlidir - İki nəfərlik qidalanmayın!

Qış aylarında daha sağlam və gümrah hamiləlik keçirmək üçün bir sıra məqamlara diqqət edilməlidir.

Median.Az
medicina.az-a istinadən bildirir ki, qış mövsümündə soyuq və qrip infeksiyaları ən çox hamilələrə təsir edir. Buna görə də bəzi onlar daha çox diqqətli olmalıdırlar.

Yetərincə havalandırılmayan otaqlar hamilə qadınlar üçün böyük təhlükə yaradır. Qış mövsümündə evin qapalı qalması səbəbindən təbii qaz, toz, tütün tüstüsü hamilə qadınların sağlamlığına mənfi təsir edir. Bu səbəbdən də evi hər gün havalandırmaq lazımdır.

Bağlı yerlərdə çox qalmayın. Qrip infeksiyasının artdığı qış aylarında qapalı məkanlar xəstəliyə yoluxmaq üçün ən əlverişli mühitdir. Buna görə də alış-veriş mərkəzləri kimi yerlərdən kənar qalmaq məsləhətdir.

İnsanlarla yaxın təmasdan çəkinin. Gələcək analar əllə salamlaşmaqdan, qucaqlaşmaqdan və öpüşməkdən mümkün qədər uzaq durmalıdırlar. Əllər tez-tez isti su və sabunla yuyulmalıdır.

Əsasən pambıq və hava keçirən geyimlər istifadə edilməlidir. Sintetik, hava keçirməyən və tərlədən geyimlər göbələk infeksiyasına səbəb ola bilər.

Yaxşı olardı ki, hamilə qadınlar tək qatdan ibarət qalın geyimlər əvəzinə, bir neçə qatdan ibarət pambıq və ya yun geyimlərə üstünlük versinlər.

Ayaqların isti olması üçün isə pambıq və yun corablar geyinilməlidir.

Hamiləlikdə kolbasa məhsulları istifadə etmək olmaz. Hamiləlik zamanı iki nəfərlik qidalanmayın. Belə ki, gələcək analar əlavə olaraq 9-12 kq çəki ala bilərlər. Bundan artığı ana və körpəyə zərər verə bilər.

Kolbasa məhsullarının tərkibindəki qatqı maddələri orqanizmdə toksik maddələrin yaranmasına səbəb olur ki, bu da həm ana, həm də körpə üçün çox təhlükəlidir.

Şirin qazlı içkilərdən uzaq durun, bu, çəki almağınıza səbəb ola bilər.

Hamiləlik boyunca yüksək miqdarda kofein qəbulu körpələrin beyin inkişafına zərər verə bilər. Buna görə də kofein istifadəsinə diqqət yetirilməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 879 05.02.19 23:13