Ətraf mühiti çirkləndirməyən yanacaqlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:49 Şəkidə qəzada xəsarət alan qadın xəstəxanada ölüb  |     13:43 Türkiyə XİN Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibəti ilə təbrik edib  |     13:38 Evdə tək qalan psixoloji problemli şəxs faciəli şəkildə öldü  |     13:31 Azərbaycanda tələbə qəfil vəfat edib - FOTO  |     13:26 Laçında yabanı halda bitən bir tondan artıq çətənə kolu məhv edildi  |     13:18 COP29 müddətində hər hansı məhdudiyyət, qadağa və SMS icazə olmayacaq - RƏSMİ  |     13:10 Ruben Vardanyan barədə qərar verildi - VİDEO  |     13:05 Bakıda sabah gecə bağlı olacaq yolların SİYAHISI  |     13:03 Gəncə şəhərində "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib  |     13:02 Bərdədə narkotik vasitədən istifadə etməkdə şübhəli bilinən sürücü saxlanılıb  |     13:02 Yəhya Sinvarı əvəz edəcək şəxsin adı açıqlanıb  |     12:59 106 yaşlı qadın uzunömürlülük sirrini açıqladı  |     12:57 Yerə düşən meteorların mənşəyi müəyyən edilib  |     12:55 Xanımların maraqla gözlədiyi tövsiyə: Arıqlama zamanı ÇÖRƏK YEYİN  |     12:54 Üç ölkə arasında hərbi mobillik dəhlizi yaradılacaq  |     12:52 Almaniyadan Ukraynaya növbəti YARDIM  |     12:48 Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı  |     12:38 Yollarda moped problemi: Ekspertlər həll yolu təklif edirlər - VİDEO  |     12:34 "Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? - VİDEO  |     12:27 Bakıda yaşlı kişi küçədə yaşayır: "Daha rahat və azad oluram" - VİDEO  |    

Ətraf mühiti çirkləndirməyən yanacaqlar

Zaman keçdikcə müxtəlif enerji mənbələrinə münasibət dəyişir. Atmosferin çirklənməsi və onun fəsadları dünya ölkələrini daha təhlükəsiz yanacaqlardan istifadə haqqında düşünməyə vadar edir. Yaxın gələcəyin yanacaqları sırasına metanol, hidrazin və hidrogen daxildir.

Median.Az
bildirir ki, bu barədə AZƏRTAC-a kimya elmlər namizədi Abuəli Hüseynli məlumat verib.

Mütəxəssis bildirib ki, sintetik qazların sırasına daxil olan metanoldan istifadə daxili yanma mühərriklərində bir az dəyişikliklər aparılmasını tələb edir: "Neftin ağır karbohidrogenlərinin yanması ilə müqayisədə yüngül karbohidrogenlərin yanması daha tam baş verir. Metanolun istifadəsi ətraf mühit üçün təhlükəsizdir. Çünki yanacaq kimi istifadə etdikdə havanın digər qazlarla çirklənməsi baş vermir.

Hidrazinin xassələri onun yanacaq kimi tətbiqi üçün əlverişlidir. Otaq temperaturunda hidrazin rəngsiz, qoxusuz mayedir. ABŞ-da yük avtomobilləri üçün yanacaq kimi tətbiq olunur. Hidrazinin üstünlüyü onun istehsalı üçün istifadə edilən xammalların əlverişli olmasıdır. Belə ki, onun istehsalında havada olan azot və sudan alınan hidrogendən istifadə olunur. Hidrazinin çatışmayan cəhəti digər yanacaqlarla müqayisədə qiymətinin baha olmasıdır. Müasir dövrdə hidrazinin alınması onun oksidinin sulu məhlulundan alınmasına əsaslanır. Sulu məhluldan birbaşa istifadə onun qiymətini ucuzlaşdırır. Çatışmayan cəhəti kanserogenliyi və parçalanması zamanı ammonyakın alınmasıdır.

Nəqliyyat üçün hidrogendən yanacaq kimi istifadə təklifi çoxdan məlumdur. Lakin onun yanacaq kimi tətbiq imkanlarından başqa, digər məqsədlərlə, məsələn, uzaq məsafəyə enerji ötürücü vasitəsi, məişət və sənayedə enerji mənbəyi kimi istifadəsinin mümkünlüyü də məlumdur. Bu halda hidrogen müasir dövrdə istifadə olunan təbii qaza və benzinə yaxşı alternativ ola bilər. Mənfi xüsusiyyəti qiymətinin baha olması və partlayış təhlükəsinin mövcudluğudur. Hidrogen hava ilə 18-59 faiz həcm nisbətində qarışarsa, partlayış ola bilər. Metandan da güclü partlayış təhlükəsinə malikdir. Lakin açıq havada belə qarışıq əmələ gətirmir. Ona da diqqət yetirmək lazımdır ki, təbii qaz-hava qarışığına nisbətən hidrogen-hava qarışığının partlayış gücü 3 dəfə azdır. Hidrogendən hibrid sxemlər əldə etmək olar. İlk növbədə hidrogen-elektrik yanacaq elementi yaratmaq olar. Bu da yüksək sürət tələb olunmayan şəhərlərdə istifadə üçün yararlı ola bilər. Hərəkətin sürətlənməsinə azhəcmli və azkütləli hava-dəmir batareyalarının köməyi ilə nail olmaq mümkündür".

A.Hüseynli elektrik enerjisi ilə işləyən elektromobillərin 2000-ci ildən sonra daha etibarlı hesab olunduğunu qeyd edib: "Enerji mənbəyi kimi elektrikin elmi, texnoloji və sosioloji üstünlükləri çoxdur. Elektrik enerjisi ətraf mühiti çirkləndirmir, o, nüvə və ya günəş enerjisindən hasil edilə bilər. Ancaq elektrik enerjisinin avtomobillərdə yanacaq kimi istifadəsinin bir neçə mənfi xüsusiyyəti var. Bu, ilk növbədə, yeni avtomobil sənayesinin yaradılmasını tələb edir. Elektrik enerjisi ilə işləyən avtomobillər bir sıra xarakteristikalarına görə müasir daxili mühərriklərdən geri qalır. Elektromobillərin rahat istifadəsi üçün yüksək enerji tutumlu batareyalar tətbiq olunmalıdır".

Mütəxəssis gələcəkdə nəqliyyat üçün ətraf mühiti çirkləndirməyən yanacaq seçiminin texniki məsələ olduğunu da diqqətə çatdırıb. O, bu yanacaqların istifadəsi, qiyməti və digər xarakteristikalarının gələcəkdə elm-tədqiqat işlərinin intensivliyindən asılı olduğunu vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 279 01.02.19 23:10