Gün ərzində nə qədər enerji içkisi içmək olar? - Rusiyalı həkimdən açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Gün ərzində nə qədər enerji içkisi içmək olar? - Rusiyalı həkimdən açıqlama

"Gün ərzində cəmi 250 ml enerji içkisi içmək olar".

Median.Az
-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bununla bağlı rusiyalı mütəxəssis, qastroenteroloq Sofiya Kardaşova açıqlamalar verib.

"Gündə 250 ml-dən çox olmayaraq enerji içkisinin qəbulu məqbuldur. Bundan əlavə, heç bir halda enerji içkiləri ilə fiziki yüklənməni birləşdirmək olmaz, çünki bu zaman ürəyə böyük yük düşür. Həmçinin enerji içkilərini qəhvə, yaşıl və ya qara çayla da içmək olmaz - həddindən artıq kofein səbəbindən bu da ürəkdə problemlərin yaranmasına gətirib çıxara bilər. Hamiləlik və laktasiya dövründə də onları içməməlisiniz. Və yadda saxlamaq lazımdır ki, enerji içkisini içib bitirdikdən sonra yatıb yuxunu almaq lazımdır. Enerji içkisi əlavə güc vermir, əksinə, insanın öz enerji ehtiyatını da tükəndirir", - deyə həkim bildirib.

Beləliklə, həftədə iki və ya üçdən çox olmamaqla, enerji içkisi qəbul etmək olar və bundan sonra da bədənə ehtiyatlarını bərpa etmək üçün vaxt vermək lazımdır.

"Enerji içkiləri ürək döyüntüsünü və qan təzyiqini artırır. Və içdiyiniz enerji içkisinin miqdarından asılı olaraq təsiri güclənir. Enerji içkilərinin qəbulu fonunda miokard infarktı ilə bağlı faktlar məlumdur, ona görə də ürək-damar sistemi problemləri olan insanlar üçün qəti şəkildə əks göstərişdir. Bundan əlavə, kofeinin tez-tez qəbulu su-duz balansını pozur ki, bu da öz növbəsində sidik ifrazını artırır və insana lazım olan duzları xaric edir", - deyə mütəxəssis qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            210 11.12.24 13:35