Xərçəngin ilkin mərhələdə əsas əlamətləri » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Xərçəngin ilkin mərhələdə əsas əlamətləri

Xərçəng əlamətləri şişin növündən və onun yerindən asılıdır.

Bu barədə Rusiyanın Terapiya və Profilaktik Təbabət üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Oksana Drapkina "Doktor Piter" nəşri ilə söhbətində danışıb.

Həkim xərçəngin ilkin mərhələsinə xas olan əsas simptomları qeyd edib.

Drapkinanın fikrincə, xərçəng xəstəliyi çox vaxt səbəbsiz arıqlama ilə müşayiət oluna bilər. O bildirib ki, yemək vərdişlərini dəyişmədən və ya məşq etməyə başlamadan bir insan çəkisinin ən azı beş faizini itiribsə, mütləq həkimə müraciət etməlidir.

Bundan əlavə, xərçəngin bir əlaməti daimi yorğunluqdur ki, istirahət etməklə bu yorğunluq keçmir. Həmçinin, əlamətlərə kəskin respirator virus infeksiyasının başqa simptomları olmadan ağrılı öskürək, udma problemləri və göyərmə, zədə və ya travmaların səbəb olmadığı xroniki ağrılar aid ola bilər.

Drapkina xərçəngin digər mümkün əlamətlərinə genişlənmiş limfa düyünləri, xalların xarici görünüşünün dəyişməsi və ya dəridə yeni törəmələrin peyda olması, həmçinin mədə-bağırsaq yolunun və sidik ifrazı ilə bağlı problemlərin, mədədə yanma hissi, qəbizlik, ishal, tez-tez sidiyə getmə, bu prosesin ağrılı olması, sidiyin rənginin dəyişməsi, nəcisdə və ya sidikdə qanın olduğunu bildirib.

Drapkina aydınlaşdırıb ki, bir və ya bir neçə simptomun müşayiət olunması həmişə xərçəngə işarə etmir, lakin bu zaman yaxşı olardı ki, həkimə müraciət edilsin.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            225 07.12.24 15:38