"İsti içkilər, şorbalar, eləcə də acılı yeməklər mədə və qida borusu xərçənginə səbəb ola bilər".
Median.Az-ın news.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı həkim-onkoloq, kimyaterapevt Maqomed Sulimanov xəbərdarlıq edib.
Onun sözlərinə görə, belə qidalar selikli qişaların xroniki travmasına səbəb olur.
"Qida borusu və ya mədə xərçənginin risk faktorlarından biri isti içkilər, şorbalar, acılı, duzlu qidaların qəbulu nəticəsində bu orqanların selikli qişasının xroniki travmasıdır. Xroniki travma xroniki iltihablanmaya səbəb olur, bu da öz növbəsində bədxassəli şişin inkişafı riskini daşıyır", - deyə həkim vurğulayıb.
Onkoloq bunu istisna etmək üçün sağlam həyat tərzinə riayət etməyi məsləhət görüb.
"Bunun üçün isti və acılı yeməklərdən tamamilə imtina etmək lazım deyil. Lakin yeməyə daha az istiot əlavə etmək və onun bir qədər soyumasını gözləmək lazımdır", - deyə Sulimanov sözlərini yekunlaşdırıb.