Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

Min bir dərdin dərmanı olan xurmanın faydaları

04.04.2024 12:10 1 656
Min bir dərdin dərmanı olan xurmanın faydaları
Qədim zamanlardan xurma müalicəvi xüsusiyyətləri ilə tanınırdı. Xurma insana güc, dözümlülük gətirir. Xurma ürək, böyrək, qaraciyəri möhkəmləndirir, bağırsaqda faydalı bakteriyaların inkişafına yardımçı olur, orqanizmi infeksiyalara qarşı dayanıqlı edir. Xurma, həmçinin anemiya, hipertoniya, döş və ağciyər, öskürəyə faydalıdır. Xurma qadınlara hamiləlik, doğuş və uşaq əmizdirmə zamanı xüsusilə faydalıdır. Xurma doğuşu asanlaşdırır, orqanizmin süd hasil etməsinə yardımçı olur.

Məlumdur ki, orucun su və xurma ilə açılması Ramazan qaydalarından biridir. Mütəxəssislər xurmanın tərkibinin şəkər, fibrin zülalı, karbohidrat, dəmir və maqneziumdan ibarət olduğunu bildirirlər. Quru xurmada isə şəkərin miqdarı 75-80% təşkil edir. Xurma bağırsaqların normal fəaliyyətinə kömək edir. Tərkibində dəmir olduğu üçün anemiya xəstələrinə daha çox məsləhət görülür. Ancaq həddindən artıq istifadə edildikdə qanda şəkərin sürətlə artmasına səbəb olur. İftar zamanı bir-iki ədəd xurma yemək daha münasibdir.

Hazırda ərəblər xurmadan kompot, kisel, müxtəlif qənnadı məmulatları hazırlayırlar. Xurmanı una çevirmək və ondan bal, turşudub dadlı içki də almaq olar.

Xurma pəhrizi

Xurma pəhrizi bu gün çox populyardır. Onun kim tərəfindən düşünüldüyünü demək çətindir. Amma faktdır ki, xurma həkimlər tərəfindən hamıya məsləhət görülür: diabet xəstələrinə, hamilə qadınlara, uşaqlara. Bu qrup insanlara adi şirniyyatları yemək məsləhət deyil. Pəhriz 10 gün ərzində saxlanılır. İlk dörd gün ancaq xurma yeyilməlidir. Beşinci gündən etibarən son 10-cu günə qədər qida rasionuna əlavə meyvələr - alma, armud, portağal (şirin olmayanı və sulularını seçin) daxil edilə bilər. Maye olaraq mineral su, səhərlər çay, acı qəhvə və yaşıl çay içilməlidir. 10 gündən sonra normal qidalanmaya qayıtmaq olar, amma həddindən artıq yeməmək şərtilə. Yeddi gündən sonra isə pəhrizi təkrar saxlamaq olar.

Pəhriz xurma yeməyə heç bir məhdudiyyət qoymur. Amma çox yemək də məsləhət deyil. Xurmanın elə spesifik dadı var ki, pəhrizin ilk vaxtlarında ən sevimli şirniyyatınız olan xurma pəhrizin sonlarına doğru belə olmaya bilər.

Pəhrizin effektivliyi

Quru xurmada 70 faiz şəkər vardır ki, bu da istənilən meyvə ilə müqayisədə çoxdur. Belə bir sual yarana bilər ki, bu faizdə şirin olan meyvə insanı necə arıqlada bilər. Cavab sadədir: xurmanın həddindən artıq şirin olmasına səbəb tərkibindəki beyin işi üçün önəmli olan fruktoza və qlükozadır. Bunlar təbii şəkər olduğundan, saxaroza (süni əldə olunan şəkər) ilə müqayisədə daha faydalıdır. Xurma çox kalorili meyvədir: 100 qram quru xurmada 280 kalori var ki, bu da pəhriz ərzağı üçün çoxdur. Həmçinin 100 qram xurmada 70 qram karbohidrat var. Karbohidrat beyni qlükoza ilə təmin edir və adi pəhrizlərdə olan başağrısının qarşısını alır. Bundan başqa, xurmada heç zülal olmadığından, pəhriz əzələ toxuması və əlavə mayedən azad olmaq üçün aşağı effektivlidir. Pəhrizin əsas üstünlüyü xurmanın tez həzm olunmasıdır. Onlar orqanizmi zəifləmədən qoruyaraq enerji ilə təmin edir və piyə çevrilmədən tez həzm olunur.

Xurmanın inanılmaz faydaları

Quru xurma yapışqan səthə malik olduğundan üzərinə bakteriyalar hopur. Ona görə xurmanı uzun müddət açıq havada saxlamaq olmaz, yeməmişdən öncə də yuyun.

Bundan başqa, xurmanın tərkibində xolesterin olmadığına görə əla pəhriz meyvəsi hesab edilir.

Xurmanın tərkibindəki fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğa faydalıdır.

Xurmanın əsəb sinir sistemini rahatladan bir xüsusiyyəti də var.

Onun tərkibində B1 və B2 vitaminləri vardır ki, bunlar da zehni və sinir sistemini rahatladıcı xüsusiyyəti ilə diqqət çəkir.

Xurma damarları yumşaldır və sərtliyin qarşısını alır. Qanı təmizləyir və təzyiqi tənzimləyir.

Qəhvə və yağ qandakı xolestrolu yüksəldir. Ərəblər bol miqdarda qəhvə istifadə etsələr də, araşdırmalarda ərəblərdə xolesterolun olmadığı qeydə alınmışdır. Səbəbi isə ərəblərin qəhvə və digər yeməklərin yanında mütləq xurma istifadə etməsi ilə izah olunur.

Xurma böyrəklərin yuyulmasına yardım edərək böyrəyin fəaliyyətinə kömək edir. Xurmanın suyu böyrək daşlarının parçalanmasına kömək edir. Altı-yeddi xurmanı parçalanaraq bir stəkan suya qoyulur və bir neçə saat sonra süzülüb isidilərək gündə iki dəfə içilərsə, 15 gündə böyrək daşını əridər.

Tərkibində A vitamini olan xurma gözləri qüvvətləndirir. Bəzi qaynaqlarda xurmanın gecə korluğu və digər göz zəifliklərinə faydalı olduğu yazılır. Göz sinirlərinə qüvvətləndirici təsiri vardır.

Qocalıqda əmələ gələn qulaq uğultusu, eşitmə zəifliyi kimi xəstəliklərə faydalıdır.скачать dle 11.3
Mojo.az Banner