Səhərlər belə qidalananlar gün boyu aclıq hiss etmir » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:10 Dövlət qurumunun iki idarəsi birləşir  |     16:07 Valeri Zalujnı Böyük Britaniya Krallığına səfir təyin olunub - YENİLƏNİB  |     15:57 Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edildi  |     15:44 Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”  |     15:41 ARB-nin aparıcısı övladını itirdi  |     15:24 1941-ci ildə müharibənin başlanması radio ilə elan olunur: AzTV-nin “Qızıl Fond”undan NADİR KADRLAR - VİDEO  |     15:12 Qızıl Avropa Liqasında çıxış edəcək milli komandamızın yekun heyəti bəlli olub  |     14:02 DİN-dən Lənkəranda ƏMƏLİYYAT: 22 kiloqram narkotik ələ keçdi - FOTO  |     13:45 Konor Makqreqor sonuncu döyüşünə çıxa bilər  |     13:36 Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq  |     13:28 Futbol matçında qorxunc anlar: Bütün komanda hakimə hücum etdi, stadiona ordu girdi - VİDEO  |     13:26 Gürcüstan rus turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir  |     13:23 Stoltenberq: NATO Ukraynaya qoşun yeritmək fikrində deyil  |     13:21 Ağdamda 12 yaşlı uşağı ilan sancıb  |     13:00 Xınalığa sulu qar yağıb - FAKTİKİ HAVA  |     12:50 Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI  |     12:41 ADPU-nun dosenti vəfat etdi  |     12:33 Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - CANLI YAYIM  |     12:22 Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - VİDEO  |     12:14 Ötən gün vətəndaşlardan dörd silah götürülüb  |    

Səhərlər belə qidalananlar gün boyu aclıq hiss etmir

Pəhrizdə olanlar üçün səhər yeməyi xüsusi əhəmiyyət daşıyır. Bir sıra mütəxəssislər səhərlər yeməyi məsləhət görməsə də, digər bir qrup bunun əksini çox əhəmiyyətli hesab edir. Bir sözlə, səhər yeməyi dietoloqlar arasında illərdir mübahisəli məsələ olaraq qalır.

Median.Az
medicina.az-a istinadən xəbər verir ki, rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva səhər yeməyini tövsiyə edən müətxəssislər arasındasdır. O, hətta arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyinin nə olduğunu da açıqlayıb. Dietoloqun fikrincə bu, pendirli omlet və avokadolu tostdur. Onun ideal səhər yeməyi 1 ədəd yumurtadan, 1-2 dilim pendirdən, mayasız çörəkdən, yarım avokadodan, müxtəlif göyərtilərdən və bir neçə ədəd çərəzdən ibarətdir.

"Doctor Piter" portalına müsahibə verən mütəxəssis bunun səbəbini isə belə izah edib:
"Bu qidalar ən azı 6 saat aclıq hiss etməməyə kömək edir. Onların tərkibində kifayət qədər faydalı yağ var, bu da xüsusilə ödün fəaliyyəti üçün xeyirlidir".

Dilyara Lebedeva faydalı səhər yeməyinin tərkibini də izah edib. Onun sözlərinə görə, səhər yeməyi mütləq zülallar, kompleks karbohidratlar və faydalı yağlarla zəngin olmalıdır:

"Çünki bunlar orqanizmin oyanmasına kömək edir, həmçinin mədədə ağırlıq hissi yaratmır. Nahar vaxtına qədər aclıq hiss etməmək, eləcə də gün ərzində həddindən artıq kalori qəbul etməmək üçün səhərlər düzgün qidalanmaq vacibdir. Səhər sağalm qidalara üstünlük verdikdə gün boyu aclıq böhranları yaşamaqdan xilas olursunuz".
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            363 30.03.24 22:20