Ramazanda susuzluqdan əziyyət çəkməmək üçün nə etməliyik? - Alimlərdən məsləhət » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:52 Mingəçevirdə halı pisləşən şagird öldü (YENİLƏNİB)  |     16:46 Azərbaycan Ukraynaya humanitar yardım üçün bir milyon ABŞ dolları ayırıb  |     16:45 Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi  |     16:26 Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib  |     16:19 Qusar xəstəxanası 20 min, direktoru üç min manat cərimələndi  |     16:07 Özünü "polkovnik" kimi təqdim edən bərbərə səkkiz il həbs cəzası verildi  |     14:45 Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT  |     14:44 Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq  |     14:27 İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT  |     14:08 ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb  |     13:52 Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü  |     13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |     12:40 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     12:39 Bakıda iki avtomobil toqquşdu: Üç nəfər öldü  |     12:39 Ağstafada hərbçilər dəm qazından zəhərləniblər  |     12:36 Jurnalist Şəmşad Ağa saxlanıldı  |     12:35 "ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır  |    

Ramazanda susuzluqdan əziyyət çəkməmək üçün nə etməliyik? - Alimlərdən məsləhət

Ramazan ayında oruc tutmaq İslamın beş sütunundan biridir.

Bu, yetkin və sağlam müsəlmanlar üçün vacib sayılır. Həddindən artıq susuzluq hissinin qarşısını almaq və orucu sağlam şəkildə tamamlamaq üçün alimlər müsəlmanlar üçün mühüm məsləhətlər veriblər.

1. İmsakda bol su içməyin. Bunun əvəzinə iftar və imsak arasında çox su içmək daha məsləhətdir.

2. Nə içək? İftarda çox soyuq su içməkdən çəkinmək lazımdır, çünki bu zaman mədə-bağırsaq sistemində kapilyarlar daralır və yeməklərin həzmi çətinləşir. Tərkibində süni rəngləyicilər olmayan içkilər içmək məsləhətdir. Belə təbii içkilər bədəni nəmləndirir və maye itkisini kompensasiya edir.

3. Duzdan çəkinin. Turşu və duzlu balıq kimi qidalardan, həmçinin mədənin turşuluğunu artıran və bununla da bədənin maye ehtiyacını, həmçinin susuzluq hissini artıran ədviyyatlardan uzaq durun.

4. Meyvələr. Alimlər, həmçinin imsak zamanı uzun müddət bağırsaqlarda qalan, aclıq və susuzluq hisslərini azaldan, tərkibində lif və su olan meyvələr yeməyi tövsiyə edirlər.

5. Kofeinə “yox” deyin. Sidikqovucu xüsusiyyətlərinə görə kofe və sərinləşdirici içkilər kimi tərkibində kofein olan mayelərdən uzaq durun, çünki kofein orqanizmin tez su itirməsinə səbəb olur.

6. Tərəvəz yeyin. Xiyar, pomidor kimi tərəvəzlər yeyin, çünki onlar susuzluğu yatırır və bədəni sərinləşdirir, əsəb gərginliyini aradan qaldırmağa kömək edir. Onların tərkibində həzmi asanlaşdıran, toksinləri çıxaran və bağırsaqları təmizləyən sellülozlu qida lifləri var.

7. İmsakı gecikdirin. Gündüz susuzluğa tab gətirmək üçün imsakı mümkün olan ən gec vaxta qədər təxirə salın. Orqanizmin susuzlaşmasının qarşısını almaq üçün qida rasionunda şirniyyatların miqdarı azaldılmalıdır.

7. Ürək-damar sisteminin sağlamlığını qorumaq üçün təzyiqi artıra bilən içkilərdən qaçın. Şəkər xəstələri tərkibində yüksək miqdarda şəkər olan şirələr və içkilər qəbul edərkən daha diqqətli olmalıdırlar.

Mənbə: islam.plusскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            897 14.03.24 11:35