“Qadın cinayətlərinin kökündə bu problem dayanır” - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:46 Azərbaycan Ukraynaya humanitar yardım üçün bir milyon ABŞ dolları ayırıb  |     16:45 Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi  |     16:26 Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib  |     16:19 Qusar xəstəxanası 20 min, direktoru üç min manat cərimələndi  |     16:07 Özünü "polkovnik" kimi təqdim edən bərbərə səkkiz il həbs cəzası verildi  |     14:45 Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT  |     14:44 Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq  |     14:27 İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT  |     14:08 ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb  |     13:52 Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü  |     13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |     12:40 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     12:39 Bakıda iki avtomobil toqquşdu: Üç nəfər öldü  |     12:39 Ağstafada hərbçilər dəm qazından zəhərləniblər  |     12:36 Jurnalist Şəmşad Ağa saxlanıldı  |     12:35 "ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır  |     12:33 "Buzlaqlar sürətlə əriyir" - Britaniyalı alim  |    

“Qadın cinayətlərinin kökündə bu problem dayanır” - AÇIQLAMA

Heç kimə sirr deyilki, bu gün baş verən ailədaxili konfliktlərin çoxu məhz qısqanclıq səbəbindən baş verir. Lakin qısqanclıq bəzən həddindən çox ola bilir. Bu da ciddi problemlərin yaranmasına səbəb olur.
 
Bəs çox qısqanclıq hansı problemləri yaradır?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan klinik psixoloq Nərmin Xəlilova bildirib ki, qısqanclıq hissi bütün canlılarda mövcud olur.
 
“Qısqanclığın iki növü var. Normal və patoloji qısqanclıq. Patoloji qısqanclıq normal qısqanclığın daha üst səviyyəsidir. Bu cür insanlar ailə münasibətlərində, xüsusilə əks cinslə ünsiyyət zamanı çox ciddi problemlər yaşayırlar. Bu da özlüyündə ayrılığa və boşanmaya səbəb olur”.
 
Psixoloq qeyd edib ki, patoloji qısqanclıq genetik faktorlarla da əlaqəli ola bilir.
 
“Bir qisim insanlarda isə bu qısqanclığın yaranma səbəbi keçmişdə aldığı travma ilə əlaqəli ola bilir. Bu da qarşı cinslə normal münasibətin qurulmasına, ailə münasibətlərinin davam etdirilməsinə maneə yaradır. Patoloji qısqanclıqdan əziyyət çəkən insanlar partnyorunu öz yaxınlarına da qısqanır və görüşməklərinə icazə vermirlər, özgüvənsiz və özünü yetərsiz hiss edirlər. Olmayan ssenariləri beyinlərində qurub, həmin ssenariyə inanırlar. Qarşı tərəf bunu nə qədər inkar etsə də, partnyorunun yalan danışdığını düşünürlər”.
 
N. Xəlilova diqqətə çatdırıb ki, qısqanclığın bu növü, əsasən, şiddətlə nəticələnir.
 
“Qadın cinayətlərinin kökündə daha çox patoloji qısqanclıq dayanır. Bu qısqanclıq həm şəxsin özünə, həm partnyoruna, həm də digər insanlara ziyan verir. Bu problemlərin sağlam şəkildə həll edilməsi, münasibətlərin möhkəmlənməsinə gətirib çıxarır. Bu insanlar həyat keyfiyyətinin yüksəldilməsi üçün psixooloji dəstək almalıdırlar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            873 12.03.24 22:26