Gül buketlərini solmaqdan necə qoruyaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:58 Qızılın qiyməti bu həftə ikinci dəfə tarixi maksimumu yenilədi  |     16:52 Mingəçevirdə halı pisləşən şagird öldü (YENİLƏNİB)  |     16:46 Azərbaycan Ukraynaya humanitar yardım üçün bir milyon ABŞ dolları ayırıb  |     16:45 Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi  |     16:26 Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib  |     16:19 Qusar xəstəxanası 20 min, direktoru üç min manat cərimələndi  |     16:07 Özünü "polkovnik" kimi təqdim edən bərbərə səkkiz il həbs cəzası verildi  |     14:45 Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT  |     14:44 Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq  |     14:27 İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT  |     14:08 ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb  |     13:52 Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü  |     13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |     12:40 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     12:39 Bakıda iki avtomobil toqquşdu: Üç nəfər öldü  |     12:39 Ağstafada hərbçilər dəm qazından zəhərləniblər  |     12:36 Jurnalist Şəmşad Ağa saxlanıldı  |    

Gül buketlərini solmaqdan necə qoruyaq?

Bugün çox qadına 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyə olaraq gül buketi verilib. Gül qadınları ən çox xoşbəxt edən hədiyyələrdən biri olsa da, solduğu zaman məyus edir.
 
Bəs gül buketlərini necə uzun müddət solmaqdan qorumaq olar?
 
Median.Az gül buketlerini uzun müddət solmaqdan qoruyan üsulları təqdim edir:
 
Sirkə
 
Çiçəklərinizi güldana qoymazdan əvvəl suyun içərisinə 2 xörək qaşığı sirkə və 2 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırın. Bununla da çiçəkləriniz daha uzun müddət canlı qalacaq.
 
Limonad
 
Güldana limonad suyu əlavə edin və qarışdırın. İçərisindəki şəkər çiçəklərin daha canlı qalmasını təmin edəcək.
 
Aspirin
 
Çiçəklərinizi güldanda daha uzun müddət canlı tuta bilmək üçün aspirini əzib suyun içərisinə əlavə edin və qarışdırın. Bu qədər asandır, beləcə çiçəkləriniz daha uzunömürlü olacaq. Uzun müddət canlı qalmalarını istəyirsinizsə, güldandakı suyu hər gün dəyişdirin və soyuq olmasına diqqət edin.
 
Vazı ağızına qədər suyla doldurmayın, kiçik buketlərə 2 stəkan su yetərlidir. Suyun çox olması yarpaqların yumşalmasına səbəb olar və soldurar. Güldanı birbaşa günəş işığında, ya da küləkdən uzaq tutun. Çiçəklərin budaqlarını iki gündən bir iki santimetr kəsib çarpaz kəsiklər atın, suyu daha da içinə çəkəcəkdir.//sfera.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 644 08.03.24 21:00