Nevroz xəstəliyinin əlamətləri » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:44 Bricit Makronu kişi adlandıran jurnalist Fransanın birinci xanımını məhkəməyə verəcək  |     11:38 "Qumar kralı" Şəkili Yusif həbs edildi  |     11:32 İndoneziya sahillərində GÜCLÜ SİLKƏLƏNMƏ  |     11:26 2024-cü ildə televiziyalarda hansı məzmunda olan verilişlər yayımlanıb?  |     11:18 Bakıda tanınmış yazıçının meyiti tapıldı  |     23:05 Goranboyda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     22:46 Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib  |     22:27 Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub  |     22:25 Suriyanın keçmiş daxili işlər naziri yeni hökumətə təslim olub  |     22:12 Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ  |     21:49 Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu  |     21:32 Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ  |     21:15 Rusiya Xarkova raket zərbələri endirib, ölən və yaralananlar var  |     20:59 Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı  |     20:46 Aİ-nin Azərbaycana qarşı "Binokl diplomatiyası" davam edir - VİDEO  |     20:25 Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı  |     20:15 Ərdoğan Suriya prezidenti ilə görüşüb  |     20:12 Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi  |     19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |    

Nevroz xəstəliyinin əlamətləri

Nevroz termini ilk dəfə 1776-cı ildə şotlandiyalı həkim Kuplen tərəfindən elmə gətirilmişdir. Bu addım C.Morqaninin bütün xəstəliklərin əsasını morfoloji substratın təşkil etməsi barədə iddiasını təkzib etmişdir. "Nevroz" termininin müəllifi sağlamlığın funksional pozulmasının hər hansı bir orqanın üzvi zədələnməsi ilə əlaqəli olmadığını irəli sürmüşdür. Sonralar məhşur rus fizioloqu İ.P.Pavlov nevroz barədə araşdırmaları davam etdirmişdir.
Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT-10) "nevroz" əvəzinə "nevrotik pozğunluq" qeyd olunmuşdur. Lakin hazırda ali sinir fəaliyyətinin xroniki və ya kəskin stresslərlə bağlı psixogen pozğunluqları daha çox "nevroz" termini ilə ifadə olunur. Bu pozulmalar digər etioloji amillərlə (məsələn, toksiki təsir, travma, keçirilmiş xəstəlik) əlaqəli olduqda, nevrozabənzər sindrom adlandırılır.Müasir dövrdə nevroz olduqca geniş yayılmışdır. İnkişaf etmiş ölkələrdə əhalinin 10-20%-i nevrotik pozğunluqlardan əziyyət çəkir. Psixi pozğunluqların təxminən 20-25%-i nevrozların payına düşür. Nevrozun əlamətləri əksər hallarda yalnız psixoloji deyil, həm də somatik xarakter daşıdığından bu problem klinik psixologiya və nevrologiya ilə yanaşı, tibbin digər sahələri üçün də aktual sayılır.Nevrozun profilaktikası psixotravmatik vəziyyətin qarşısının alınmasından (xüsusən uşaqlıq dövründə) ibarətdir. Lakin daha optimal üsul baş verən hadisələrə düzgün yanaşmanın formalaşdırılmasından ibarətdir. Normal yuxu, aktiv həyat tərzi, sağlam qidalanma, idman psixikanın möhkəmlənməsinə kömək edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 284 29.04.21 19:19