Uşaqlarda vitamin çatışmazlığı » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:38 "Qumar kralı" Şəkili Yusif həbs edildi  |     11:32 İndoneziya sahillərində GÜCLÜ SİLKƏLƏNMƏ  |     11:26 2024-cü ildə televiziyalarda hansı məzmunda olan verilişlər yayımlanıb?  |     11:18 Bakıda tanınmış yazıçının meyiti tapıldı  |     23:05 Goranboyda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     22:46 Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib  |     22:27 Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub  |     22:25 Suriyanın keçmiş daxili işlər naziri yeni hökumətə təslim olub  |     22:12 Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ  |     21:49 Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu  |     21:32 Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ  |     21:15 Rusiya Xarkova raket zərbələri endirib, ölən və yaralananlar var  |     20:59 Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı  |     20:46 Aİ-nin Azərbaycana qarşı "Binokl diplomatiyası" davam edir - VİDEO  |     20:25 Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı  |     20:15 Ərdoğan Suriya prezidenti ilə görüşüb  |     20:12 Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi  |     19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |     19:23 "Bakı Gəmiqayırma Zavodu" cərimə olunur  |    

Uşaqlarda vitamin çatışmazlığı

Vitaminlər üzvi birləşmələr olub, canlıların qidasının zəruri hissəsini təşkil edir. Son vaxtlar 50-yə qədər vitamin aşkar edilib. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və avitaminoz baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş qidada həmin vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir. Belə problemlərə yaz-yay aylarında daha çox təsadüf edilir.

Median.Az
bildirir ki, həkim-pediatr Sevinc Nəsirova AZƏRTAC-a deyib: "Uşaqlarda rast gəlinən yuxusuzluq, aqressiya, passivlik və halsızlıq halları vitamin çatışmazlığının əlamətləridir. Uşaqlarda vitamin çatışmazlığı əlamətləri tez-tez ağlağanlıq və qıcıqlanma ilə özünü büruzə verir. Uşaq əvvəlki kimi uzun müddət oynaya bilmir, tez yorulur. Məktəbli uşaqlarda isə fikir dağınıqlığı və xroniki yorğunluqdan dərsə davamiyyət azalır. Uşaq əvvəlkindən daha çox yatır, yuxudan çətin oyanır, gəzintiyə və dostlarla görüşə getməkdən imtina edir".

Həkim-pediatr onu da bildirib ki, vitamin çatışmazlığını həkimsiz aşkarlamaq olduqca çətindir, çünki onun çatışmazlığı uşaqlarda müxtəlif xəstəliklərə səbəb olduğu kimi, bəzi xəstəliklərin əlaməti olaraq da ortaya çıxa bilər. Müəyyən əlamətlərin əvvəlcədən təyin edilib həkim nəzarətində lazımlı tədbirlərin alınması lazımdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 170 22.03.21 22:39