Mütəxəssis: "Danışanda maskanı çıxarmaq virusun yayılmasına rəvac verir" » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:25 Azərbaycanda iş adamlarının əmlakları hərraca çıxarılır  |     13:09 Bakı həbsxanalarında məhkumlar HANSI XƏSTƏLİKLƏRDƏN ölürlər? (AÇIQLAMA)  |     12:44 "Qalatasaray"la oyunu yarıda qoyan komandanın prezidenti istefa verdi  |     12:40 Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb  |     12:22 Bakıda uşaq poliklinikasında körpə öldü  |     12:04 Ədalət Verdiyevin MƏHKƏMƏSİ - Bir ittiham üzərindən götürüldü  |     11:48 Ruben Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb (YENİLƏNİB)  |     11:33 Tanınmış sovet aktyoru vəfat edib - FOTO  |     11:29 Nikol Paşinyan Fransaya gedib  |     11:27 Azərbaycanda iş adamı qəfil vəfat etdi  |     11:19 Ərdoğan Azərbaycanla vacib sazişi TƏSDİQLƏDİ  |     11:18 Trampdan bir sentlik qəpiklərlə bağlı TAPŞIRIQ - Buraxılışı dayandırılır  |     17:06 Sahil Babayev karateçi olub - Nadir fotolar ortaya çıxdı (FOTO)  |     23:06 İTV-nin canlı yayımına haker hücumu oldu  |     22:52 İran valyutasından yeni antirekord  |     22:44 Babasının pulunu oğurladı, özünə telefon və paltar aldı  |     22:29 Fransada atışma: Ölən və yaralanan var  |     22:15 Taksi sürücüsü YAŞLI QADINI DƏLƏDUZLARDAN belə xilas etdi - VİDEO  |     21:52 İmişlidə yaşlı qadın sirkə turşusu içərək canına qəsd etdi  |     21:48 "Bizim mollalara baxanda qorxursan, bu, İslam deyil"  |    

Mütəxəssis: "Danışanda maskanı çıxarmaq virusun yayılmasına rəvac verir"

"Dəfələrlə deyildiyinə baxmayaraq, bəzi insanlar maskadan düzgün istifadə etmir: maskanı çənənin üstündə gəzdirir, vaxtlı-vaxtında dəyişmir, günlərlə eyni maskadan istifadə edirlər, çirklənmiş maskaları hara gəldi atırlar və bəzi hallarda qarşısındakı insan ilə danışdıqda maskanı çıxarırlar. Bununla da virusun yayılmasına rəvac verirlər".

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, bunu Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova deyib.

Həkim bildirib ki, koronavirus əleyhinə hazırlanan vaksinlərin əhali arasında tətbiqinə hələ başlanılmadığı üçün bütün dünyada yoluxmaların sayında sürətli artım müşahidə olunur: "Hər şeydən əvvəl, insanlar pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həm açıq, həm də qapalı məkanlarda maskalardan istifadə etməlidir".

Onun sözlərinə görə, infeksiyanın yayılma səbəblərindən biri də insanlar arasında virusa inanmamaq kimi düşüncənin, virusun onlara keçməyəcəyi ilə bağlı arxayınlaşmanın yaranmasıdır: "Onlar karantin rejiminin, bəzi məhdudiyyət tədbirlərinin yumşaldılmasından sonra virusla mübarizə qaydalarına əməl etmək, infeksiyadan qorunmaq istəmirlər. Çox təəssüf ki, bir sıra obyektlərdə insanlar maskadan yalnız cəriməyə düşməmək üçün istifadə edirlər.

Payız aylarında yenidən artmağa başlayan koronavirus hadisələrinin sayı yeni antirekord rəqəmlərə çatıb. Buna səbəb respirator xəstəliklərin məhz bu aylarda artmasıdır. Risk kateqoriyasına daxil olan insanlar: yaşlılar, yanaşı xəstəlikləri olan insanlar özlərini daha çox qorumalıdır. Zərurət olmadıqda evdən çıxmamalıdırlar.

Son vaxtlar tez-tez eşitdiyimiz xəbərlərdən biri də odur ki, koronavirus xəstələri evdə müalicə alarkən təcrid olunmaqdansa, həyətə, küçəyə, marketə çıxır və ətrafdakı insanları yoluxdururlar. Hətta, işə gedən belə xəstələr haqqında da faktlar vardır. Bu yolverilməzdir! Düzdür, onlar inzibati qaydada cəzalandırılır, lakin başqalarına verdikləri zərər ölçüyə gəlmir, heç bir çərçivəyə sığmır".

G. İmanova bildirib ki, xəstəliyin yayılma səbəblərindən biri də ara məsafənin saxlanmamasıdır: "İctimai nəqliyyatdakı vəziyyət də göz qabağındadır. Maskalardan düzgün istifadə olunmur, ara məsafə gözlənilmir, tutacaqlardan istifadədən sonra əllər spirtlə təmizlənmir. Əhali arasında maarifləndirmə işləri aparılsa da, yığıncaqlar təşkil edilir, təbii ki, belə məclislərdə insanlar bir-biri ilə yaxın təmasda, ünsiyyətdə olur və nə maska, nə əl yumaq, nə də ara məsafə yada düşür. Mütəxəssislər hələ pandemiyanın müəyyən müddət davam edəcəyini vurğulayırlar. Koronavirusa qarşı vaksinlərin kütləvi tətbiqinə qədər hər bir şəxs tələb edilən qaydalara ciddi şəkildə riayət etməli və unutmamalıdır ki, əsas məsələ insanların sağlamlığıdır, onların həyatıdır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 061 12.12.20 21:19