Koronavirusun əsas əlamətləri və qorunma yolları - MÜTƏXƏSSİS RƏYİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"  |     22:47 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     22:40 Bakı-Quba yolunda "KIA Sportage" aşıb, beş nəfər xəsarət alıb  |     22:33 "Təyyarə qəzasında sağ qalan yoxdur"  |     22:31 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək  |     22:26 Bakıda avtomobil yollarında qəza ocaqları müəyyənləşdiriləcək  |     22:20 Azərbaycanda elektrobuslar istehsal ediləcək  |     22:11 Bu tarixdə "Sea Breeze"dən Pirşağıya tramvay xətti çəkiləcək  |     21:57 "Nimesil"in xeyirdən çox ZƏRƏRİ VAR? - Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı  |     21:45 Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş  |     21:37 Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq  |     21:30 Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək  |     21:21 Azərbaycanlı biznesmen qəfil VƏFAT ETDİ  |     21:14 Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN  |     21:06 Pozuntularla bağlı müraciətlər var - MSK sədri  |     20:36 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır  |     20:24 Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir  |     19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |    

Koronavirusun əsas əlamətləri və qorunma yolları - MÜTƏXƏSSİS RƏYİ

"İmmuniteti zəif olanlar, yanaşı digər ağır xəstəliklərindən əziyyət çəkənlər, immunsupresor müalicə altında olan şəxslər, yaşı 70-dən yuxarı olanlar koronavirusla bağlı risk qrupuna daxildir".

Bunu e-tibb.az üçün yazdığı məqalədə infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Nazxanım Qasımova qeyd edib.

Onun sözlərinə görə, "COVID-19" yayılan bölgələrdə səyahətdə olanlar və ya "COVID-19" xəstəsi ilə kontaktda olmuş şəxslər də risk qrupuna daxildirlər.

Həkim vurğulayıb ki, "COVID-19"-un əsas əlamətləri qızdırma, öskürək və nəfəs darlığıdır. Mütəxəssis, xəstəlikdən qorunmağın yolları ilə bağlı aşağıdakı tövsiyələri verib:

- Tez-tez əl, ağız-burun çevrəsi antibakterial sabunla yuyun. Ələlxüsus bayırdan evə gəldikdə. Avtomobildə, işdə, əl çantalarında əl dezinfektanları, nəm antibakterial salfetlərin olması vacibdir

- Duzlu su və ya dəniz duzlu steril burun spreyləri ilə burun mənfəəzini təmizləyin

- Xəstə insanlarla kontaktdan çəkinin

- Xəstəliyin yayıldığı bölgələrə səyahət etməyin

- Ev şəraitində olun, sosial aktivliyi azaldın, toplu şəkildə keçirilən tədbirlərdən uzaq durun

- Əlləriniz təmiz deyilsə, göz, ağız və burun nahiyəsinə toxunmayın

- Ən yaxınlarınız, ailə üzvlərindən başqa evinizə yad insanları buraxmayın

- Şübhəli simptomlar varsa, 7 gün evdə qalın

Bundan başqa, həkim vurğulayıb ki, ailədə yaşı 70-dən yuxarı olan şəxs, hamilə və ya risk qrupuna daxil olan digər insanlar varsa, onların xəstə (şübhəli ) şəxsdən 14 gün müddətində başqa yerdə qalması məsləhətdir və ya ailə ilə birgə qalmaq məcburiyyəti varsa, o zaman maksimum az kontaktda olmaq vacibdir: "Əgər "COVİD-19" simptomları varsa və ağır keçirilirsə, mütləq müvafiq qurumlara müraciət edilməlidir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 894 26.03.20 20:50