İP ünvanınızı bu üsulla öyrənə bilərsiniz » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:38 Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi - SƏBƏB  |     12:27 Sabah 25 dərəcə isti olacaq  |     12:19 Sabunçuda evdə üç qadına xəsarət yetirilib: Saxlanılan var  |     12:12 Azərbaycan-Ermənistan sərhədinin Xeyrimli kəndi istiqamətində demarkasiya işləri yekunlaşmaq üzrədir  |     12:09 Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb  |     12:08 Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ  |     12:04 Rüşvətə görə həbs edilən sabiq bələdiyyə sədri hakim qarşısında  |     12:03 Yevlaxda qadın öldürüldü: Əri şübhəli şəxs qismində tutuldu  |     12:00 Azərbaycan XİN İrana başsağlığı verib  |     11:57 Bir ayda Ağcabədidə narkotiklə bağlı 20 nəfər saxlanılıb  |     11:55 Polis mayoru qəfil vəfat etdi  |     11:54 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:53 Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib  |     11:51 Tehran Birjası Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırdı  |     11:50 İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür etdi  |     11:49 Gəncədə oğurluq edən və narkotiklərin dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb - FOTO  |     11:44 Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO  |     11:43 Şirvanda 9 yaşlı uşaq qızdırmadan ölüb  |     11:41 Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ  |     11:41 Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır  |    

İP ünvanınızı bu üsulla öyrənə bilərsiniz

İnternetdəki şəxsiyyət nömrəsi adlandıra biləcəyimiz İP ünvanlarımızı tez öyrənmək üçün nə etməliyik?

İnternetin dərin hissələrinə dalmırsınızsa və ya şəbəkə əlaqələrini istifadə edərək ətraflı əməliyyatlar etmirsinizsə, hər zaman IP ünvanınızı bilmək məcburiyyətində deyilsiniz. Ancaq mütləq IP ünvanınızı bilməli olduğunuz məqamlar da olur. İP sorğu əməliyyatı edərək şəxsi ünvanınızı öyrənə bilərsiniz.

Nəzərinizə çatdıraq ki, IP ünvanı düşündüyünüz qədər mürəkkəb deyil. İnternetə qoşulan hər cihazın IP ünvanı var. IP sorğu prosesi nəticəsində qarşınıza çıxan ünvan- nöqtə ilə ayrılmış 4 nömrədən ibarətdir. Nömrələrin hər biri maksimum üç xanalı və "254" sayına qədər olur. IP sorğu ilə əldə etdiyiniz ünvan sizə özəl olur.

Gəlin əvvəlcə neçə cür İP ünvanları olduğuna nəzər yetirək

Dedik ki, internetə qoşulan hər cihazın bir IP ünvanı var. Ancaq IP ünvanı düşündüyünüz kimi bir yox, ikidir. Səbəb isə hər birinin fərqli funksiyaya malik olmasıdır.

Fərqində olmasanız da IP ünvanlarınız internet dünyasında mövcud olma və yerli şəbəkələrlə qarşılıqlı əlaqə qurmağa imkan verir. Cihazınıza aid iki İP ünvandan biri xüsusi IP, digəri açıq IP adlanır.

Xüsusi(Lokal) IP:

Median.Az ted.az-a istinadən bildirir ki, xüsusi, yəni lokal IP ünvanı sizin yerli şəbəkədəki cihaz mənsubiyyətinizdir. Yerli Şəbəkə və ya orjinal adı ilə desək LAN (Local Area Network) yaxınlıqda olan digər cihazlarla qarşılıqlı əlaqəni ifadə edir. Məsələn, kompüterinizlə printer arasındakı əlaqə ən çox istifadə olunan nümunələrdən biridir. Lokal şəbəkə üzərindən edilən əməliyyatlar daha sürətli və səmərəli olduğu üçün buna əsasən ofis mühitində üstünlük verilir.

Açıq IP:

Açıq IP ünvanı dünyaya açılan bir qapınızdır, deyə bilərik. Bu İP ünvan növü cihazınızın internetə bağlanması və digər internet istifadəçiləri ilə ünsiyyət qurmaq üçün lazım olan şəxsiyyət nömrəsidir. Açıq IP ünvanı yaşadığınız bölgə və internet provayderiniz kimi məlumatları əks etdirir. İctimai IP ünvanınız hər kəs tərəfindən görülə bilər. Modemi söndürdüyünüz zaman açıq IP ünvanı dəyişəcək, lakin buna baxmayaraq, heç vaxt tam məxfilik olmur.

İP ünvanını necə öyrənə bilərik?

CMD üzerinden Local IP sorğusu:

-Başlat vasitəsi ilə axtarış çubuğuna daxil olun

-Axtarış çubuğuna "CMD" yazın.

-Görünən variantlardan "Əmr xətti" düyməsini basın.

-Ekrana "ipconfig" sözünü yazın və Enter düyməsini sıxın.

-Qarşınıza mürəkkəb ekran görüntüsü çıxacaq, narahat olmayın.

-"Ipv4 Ünvanı" sətrini tapın

-Bu sətirdəki nömrə lokal IP ünvanınızdır.

Açıq İP ünvanını öyrənmək

-İnternet brauzerinizi açın.

-Hər hansı bir axtarış motoruna "IP sorğu" yazın.

-Axtarış motoru açıq IP ünvanınızı aşkar edəcək.

-Yoxdursa göstərilən veb saytlardan birinə daxil olun.

-İnternet saytında IP ünvanınızı, yerinizi və internet brauzerlərinizi görə bilərsiniz.

Qeyd edək ki, gündəlik internet istifadəsi zamanı IP ünvanlarınızı bilməyə ehtiyac yoxdur, çünki bu ünvan əməliyyatlarınız zamanı avtomatik olaraq, cihazınız tərəfindən istifadə olunur.

Ancaq IP ünvanını bilmək lazım olan bir vəziyyət yaranarsa, bəhs etdiyimiz üsullardan istifadə edərək, asanlıqla IP sorğunu yerinə yetirə bilərsiniz.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 577 25.01.20 22:00