Nostradamusdan 2020-ci illə bağlı DƏHŞƏTLİ PROQNOZLAR: Bənzəri olmayan hadisələr olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bu üç içki həzm problemlərinə səbəb olur  |     22:56 Bürclərə görə kişilərin XÜSUSİYYƏTLƏRİ  |     22:45 Azərbaycanda bir gecədə 3 nəfəri öldürən HADİSƏ: bunlara DİQQƏT EDİN  |     22:36 Limonlu su ARIQLAMAĞA kömək edir?  |     22:32 Yuxuda paltar görmək nə deməkdir?  |     22:25 İyunda bu günlər təhlükəli olacaq - XƏBƏRDARLIQ  |     22:21 Nikol Kidman Tom Kruzdan boşanması haqqında danışdı - FOTO  |     22:14 Gənc Leonardo da Vinçi: 2 yaşlı uşaq rəsmlərini 7000 dollara satır  |     22:09 Əhali bir ildə 3 milyard manata qənaət edib – RƏQƏMLƏR  |     22:01 Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib  |     21:52 Kredit götürənlərin diqqətinə: Qaydalar dəyişdirildi (VİDEO)  |     21:43 Hövsanda bank kartlarındakı vəsaitləri talayan şəxs saxlanıldı  |     21:34 27 yaşlı gənc toyuna bir gün qalmış özünü asdı  |     21:27 İstirahət günü hava necə olacaq?  |     21:19 Pley-off oyunlarının vaxtı açıqlanıb  |     21:12 Telefonla danışarkən ildırım vurub, başı tamam yanıb: Ötən gün baş verən hadisənin DETALLARI - VİDEO  |     21:05 İranda prezident seçkilərində bir ilk: qadın namizəd...  |     20:56 Bakıda yeni açılan mollda həyəcanlı anlar - Video  |     20:52 40 gün üzünüzə zeytun yağı çəksəniz...  |     20:45 Rusiya Ermənistanda dəmir yolunu bərpa edir  |    

Nostradamusdan 2020-ci illə bağlı DƏHŞƏTLİ PROQNOZLAR: Bənzəri olmayan hadisələr olacaq

1503-cü ildə dünyaya gələn və proqnozların atası kimi tanınan Nostradamusun 2020-ci il üzrə açıqladığı öncəgörmələr təşvişə düşməyəcək tərzdən deyil.

Median.Az
xəbər verir ki, Türkiyə, İran və ABŞ-da ard-arda meydana gələn zəlzələlərdən sonra fransız həkim, əczaçı və astroloqun proqnozları gündəm olub.

BÖYÜK ZƏLZƏLƏLƏR

Nostradamusa görə, dəqiq harada olacağı bilinməsə də, 2020-ci il boyunca Amerikada şiddətli zəlzələlər qeydə alınacaq. Qitədəki ən seysmik zonalar analiz ediləndə bu nöqtələrin Meksika və Çili olacağı gözlənilir.

QLOBAL MİQYASDA İQTİSADİ BÖHRAN

Böyük iqtisadi güclər zəifləyəcək və uzun müddət yüksələ bilməyəcək. Dünya iqtisadi durğunluq yaşayacaq.

TAXTDA YENİ KRAL

Nostradamusun 2020-ci proqnozlarından biri də krallıqla bağlıdır. Ölkə adı verməsə də, əhəmiyyətli bir kral və ya kraliçanın taxtdan gedəcəyini deyir. Yerli mətbuatda bunun İngiltərə kraliçası II Elizabet olduğu iddia edilir.

TRAMP ÇƏTİN İL KEÇİRƏCƏK

Nostradamusun ən mübahisəli təxminlərindən biri sui-qəsd və ölüm haqqındadır. Çünkü Nostradamus təxminində Amerika qitəsindəki əhəmiyyətli dünya liderlərindən birinin ölümündən bəhs edir. Bir çox insanın fikrincə, burada ölüm simvolik xarakter daşıyır və burada ABŞ prezidenti Donald Trampın impiçmentinin onun siyasi ölümünə səbəb olacağı deyilir.

İKİ BÖYÜK QÜVVƏ ARASINDA MÜHARİBƏ

Nostradamusa görə, 2020-ci ildə iki dünya gücü arasında qarşıdurma olacaq. Bunun da ABŞ və Çin arasındakı ticarət savaşı ilə əlaqəsi olduğu düşünülür.

KOSMİK SƏYAHƏT

Kosmik səyahət bu ildə insanlara daha yaxın olacaq və getdikcə kütləvi hal alacaq.

ATOM BOMBASI

"Qapıların yaxınlığında və iki şəhər içində bənzəri olmayan fəlakət yaşanacaq. Vəba içində qıtlıq olacaq. İnsanlar poladla söndürüləcək, ölümsüz Tanrıdan yardım istəyərək ağlayacaqlar".

RUSİYAYA ASTEROİD DÜŞƏCƏK

Rusiyaya 2020-ci ildə nəhəng asteroid düşəcək. (publika.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 558 24.01.20 23:28