Bütün Avropanı velosipedlə gəzən azərbaycanlı 51 gündür yoldadır - Fotolar » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:56 Trampa saxtakarlıq ittihamı irəli sürüləndən sonra 35 milyon dollar toplayıb  |     13:46 Azərbaycan şahmatçısı dünya reytinqində irəlilədi  |     13:38 İldırım təhlükəsi ilə əlaqədar əhaliyə MÜRACİƏT - VİDEO  |     13:33 Zaqatalada fərdi yaşayış evini ildırım vurub  |     13:31 Qadınların şəkillərini fotomontaj edib şantajla hədələyən şəxs saxlanıldı  |     13:29 Gürcüstana getmək istəyənlərin DİQQƏTİNƏ  |     13:23 Bakıda taksi sürücüsü 15 yaşlı sərnişini ilə cinsi əlaqədə oldu  |     13:22 Moldova prezidenti məhkəməyə çağırılacaq  |     13:20 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür  |     13:17 Bakıda ölüm saçan qida əlavəsi satışa çıxarıldı: Həm daxili, həm xarici məhv edir - VİDEO  |     22:56 British Shorthair pişiyini saxlamaq neçəyə başa gəlir?  |     22:47 “Samsung” “Apple”ı geridə qoyaraq dünya lideri oldu  |     22:39 Dırnaqların görünüşünə görə xəstəliyi necə təyin etmək olar?  |     22:30 Uşaqlar üçün ağıllı saatlar - Valideynlər övladlarının hərəkətlərini izləyəcəklər  |     22:25 Misir fironu Ramzesin qalıqları tapıldı  |     22:19 Qlobal istiləşmə beyin sağlamlığına ziyan vurur - ARAŞDIRMA  |     22:08 İsmayıllıda icra nümayəndəsi ölüb  |     22:02 Ağsuda qonşu qonşunu güllələdi  |     21:55 Türkiyənin ilk astronavtı qəzaya düşdü  |     21:47 İyunun havası: Temperatur 39 dərəcəyə yüksələcək  |    

Bütün Avropanı velosipedlə gəzən azərbaycanlı 51 gündür yoldadır - Fotolar

Səyahəti sevən insanlar, adətən, təyyarə, qatar, avtobus kimi nəqliyyat vasitələrindən istifadə edir. Azərbaycanlılardan biri isə bütün Avropanı velosipedlə gəzmək qərarına gəlib.

Median.Az bizimyol.info-ya istinadən xəbər verir ki, Ağa Mehdi 51 gündür yoldadır. Estoniyanın paytaxtı Tallindən velosipedlə yola çıxan həmvətənimiz səfərini Lissabonda (Portuqaliya) başa vurmaq fikrindədir.


Ağa Mehdinin məqsədi adi səyahət deyil. O, dünya ictimaiyyətinin diqqətini ekoloji problemlərə, xüsusilə qlobal istiləşməyə çəkmək istəyir.

Azərbaycanlı səyyah sosial şəbəkə hesablarında səfəri barədə ətraflı məlumat paylaşır, şəkillər, videolar yerləşdirir. Buradan görünür ki, Ağa artıq İsveçrədədir. O, son şəkillərdən birini isveçrəli yeniyetmələrlə çəkdirib. Səyyah İsveçrənin təbiətinin gözəlliyini, ekoloji təmizliyi xüsusi qeyd edib.


Ağa Mehdi daha çox almanlar haqda yüksək fikir yazıb. Onun fikrincə, bu xalqın nümayəndələri ilk imkandaca gözəl niyyətini ortaya qoyur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 763 22.01.20 23:20