Alimlər insanın mədəaltı vəzini donuza yerləşdirəcəklər » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:45 Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT  |     14:44 Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq  |     14:27 İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT  |     14:08 ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb  |     13:52 Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü  |     13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |     12:40 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     12:39 Bakıda iki avtomobil toqquşdu: Üç nəfər öldü  |     12:39 Ağstafada hərbçilər dəm qazından zəhərləniblər  |     12:36 Jurnalist Şəmşad Ağa saxlanıldı  |     12:35 "ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır  |     12:33 "Buzlaqlar sürətlə əriyir" - Britaniyalı alim  |     12:27 Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkim açıqlayır  |     12:27 FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM  |     12:25 Siqaret çəkməyənlər arasında ağciyər xərçəngi artmaqda davam edir  |     12:24 "Yuventus" Kenan Yıldıza qiymət qoydu  |     12:23 Ölmüş toxumaları "dirildən" material icad edildi  |    

Alimlər insanın mədəaltı vəzini donuza yerləşdirəcəklər

Yaponiyada donuzun bədəninə insanın mədəaltı vəzini yerləşdirəcəklər.

NHK-nın xəbərinə görə, Yaponiya Hökuməti yanında Dövlət Ekspert Şurası professor Xirosi Naqasimanın rəhbərliyi ilə Meidzi Universitetinin bir qrup tədqiqatçısına ilk təcrübəni aparmağa icazə verilib.

Onlar döllənmiş donuz yumurtasını genetik manipulyasiya yolu ilə mədəaltı vəzi yaratmaq imkanından məhrum etməyi planlaşdırır. Sonra elm adamları ona insan mənşəli pluripotent kök hüceyrəni, daha doğrusu, bədənin istənilən hüceyrəsinə çevrilə bilən süni şəkildə əldə edilmiş hüceyrəni yerləşdirmək istəyirlər. Onlar yumurta hüceyrəsini donuzun bədəninə qaytardıqdan sonra, insan orqanına çox yaxın mədəaltı vəzi olan embriona çevrilməlidir.

Təcrübə zamanı alimlər yalnız müəyyən bir səviyyəyə qədər prosesi izləməyi təklif edirlər.

Tokio Universitetində də siçanlar ilə oxşar təcrübələrə hazırlaşırlar.

Qeyd edək ki, eyni zamanda Yaponiyada heyvan orqanlarını insanlara transplantasiya etmək qadağandır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 686 23.12.19 20:16