Demə, əllərimizi yanlış yuyurmuşuq - Alimlər SÜBUT ETDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Dırnaqların görünüşünə görə xəstəliyi necə təyin etmək olar?  |     22:30 Uşaqlar üçün ağıllı saatlar - Valideynlər övladlarının hərəkətlərini izləyəcəklər  |     22:25 Misir fironu Ramzesin qalıqları tapıldı  |     22:19 Qlobal istiləşmə beyin sağlamlığına ziyan vurur - ARAŞDIRMA  |     22:08 İsmayıllıda icra nümayəndəsi ölüb  |     22:02 Ağsuda qonşu qonşunu güllələdi  |     21:55 Türkiyənin ilk astronavtı qəzaya düşdü  |     21:47 İyunun havası: Temperatur 39 dərəcəyə yüksələcək  |     21:38 Taksi sürücüləri niyə imtahan verməlidir?  |     21:33 Aptek vitaminləri immuniteti möhkəmləndirmir  |     21:29 Bu şəxslər 12 min manat cərimələnəcək  |     21:16 Azərbaycan boksçusu lisenziya turnirində 1/4 finala vəsiqə qazanıb  |     21:10 Ekspert: Ukrayna Rusiyaya “F-16”larla zərbələr endirə bilər  |     21:03 "İmişli" klubu Əsgər Abdullayevlə yolları ayırıb  |     20:57 Aİ Rusiyaya yardım etdiyinə görə Şimali Koreyadan olan 9 nəfər və təşkilata qarşı sanksiya tətbiq edib  |     20:54 Bu ölkələr Ukraynaya 17 milyardlıq yardım göndərdi  |     20:51 İranda prezidentliyə namizəd olmaq istəyən yeddi iddiaçının adı açıqlanıb  |     20:39 Güclü külək əsəcək, leysan yağacaq - XƏBƏRDARLIQ  |     20:34 Putin Təhlükəsizlik Şurası katibinin müavinini vəzifəsindən azad edib  |     20:28 HƏMAS: Qəzzada hərbi əməliyyatların dayandırılması şərti ilə İsraillə razılaşmaya hazırıq  |    

Demə, əllərimizi yanlış yuyurmuşuq - Alimlər SÜBUT ETDİ

Hətta sabun olmadan belə 4 dəqiqəlik əl yumaq - Qrip-A (influenza) infeksiyası zamanı bir çox dezinfektandan daha effektivdir.

Median.Az
Publika.az-a istinadən xəbər verir ki, ovuc içindəki qrip virusunu yox etmək üçün onları sabunlamaq və ya antiseptik vasitədən istifadə etmək yetərli deyil. Araşdırmanın nəticələrinə görə, özünü yoluxucu infeksiyalardan qorumaq üçün əlləri ən az dörd dəqiqə sabunla, ya da antiseptik vasitələrlə təmizləmək lazımdır.

Məlum olub ki, demə, əllərimizi düz yumurmuşuq. Bu, Kioto Tibb Universitetinin alimləri tərəfindən müəyyən edilib. Könüllülər arasında aparılan tədqiqatda iştirakçılara A qripi və digər kəskin respirator infeksiyalara yoluxmuş insanlardan toplanan xüsusi selik verilib. Sonra əlləri antiseptiklə silməyi təklif ediblər. Növbəti mərhələdə ovucların təmizliyi yoxlanılıb. Məlum olub ki, antiseptik zərərli virusların heç birini öldürmür!

"Daha sonra əllərin antiseptiklə silinməsi prosesi uzadılıb, hətta 2 dəqiqəlik silinmə də virusları təmizləmək üçün kifayət etməyib", - deyə təcrübə müəlliflərindən biri Rehea Hirose açıqlamasında qeyd edib.

Tədqiqatın nəticələri göstərib ki, yoluxucu xəstəliklərdən qorunmaq üçün əlləri sabunla yumalı və ya antiseptiklə ən azı dörd dəqiqə silməlisiniz! Əks təqdirdə, bütün prosedur faydasız olacaq.

Digər mütəxəssislərin fikrincə, hər şey eksperimentin xüsusiyyətlərindən asılıdır. Yaponiyada aparılan başqa bir araşdırmada, iştirakçıların barmaq uclarına müxtəlif mikroorqanizmlərin inkişaf etməsi üçün münbit şərait yaradan yaş selik tətbiq ediblər. Adi həyatda, əllərimizdə selik quruyur, bakteriyaların bir hissəsi ölür və bu vəziyyətdə antiseptiklər daha yaxşı işləyir. Ancaq asqırsanız və ya səhvən başqasının dəsmalını alsanız, tədqiqatçılar dərhal əllərinizi yumağı və qurumasını gözləməməyi məsləhət görür.

Əlləri necə yumaq olar:

1. Əllərinizi axan su ilə isladın, sabun tətbiq edin və yaxşıca köpükləndirin.

2. Ovuc və əlin üstünü yaxşıca silin.

3. Hər barmağınızı ovuşdurun. Baş barmağın arasındakı boşluğa xüsusi diqqət yetirin.

4. Əllərinizi axan su altında yuyun.

5. Təmiz bir dəsmal və ya hava ilə qurudun.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 714 16.10.19 21:40