Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Bununla bağlı dövlət başçısı rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm".