İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:26 Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO  |     13:20 Mətbuat sahəsində xüsusi xidmətləri olan şəxslərə yubiley medalı veriləcək  |     13:07 İstanbulda "Əl-Qaidə" əməliyyatı: İki əsas üzvü saxlanıldı  |     12:58 Azərbaycanda vəzifəli şəxs həbs edildi - Foto  |     12:53 Tiktoker “Roşka” yenidən həbs edildi  |     12:44 Türkiyədə hotel yanğınında çox sayda uşaq ölüb: Rəqəm açıqlandı  |     12:38 Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir  |     12:33 Yarım milyona yaxın vəsaiti mənimsəyən vəzifəli xanımın MƏHKƏMƏSİ  |     12:19 Bu qaydaları Nazirlər Kabineti təsdiqləyəcək  |     12:09 Bakıda məşhur klinikanın fəaliyyəti dayandırılacaq  |     11:59 Bakıda bu dəmir yollarının əsaslı təmirinə başlanıldı  |     11:56 AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama - Təcili  |     11:42 Bakıda əməliyyat: qadın saxlanıldı  |     11:29 Azərbaycanda pensiya və müavinətlər nə vaxt veriləcək? - RƏSMİ CAVAB  |     11:25 Bu ərazilərdə yağış yağıb  |     11:18 Həbs olunan tiktokerlər azadlığa buraxıldılar  |     11:12 Nohur gölündə batan kişinin meyiti tapıldı  |     23:02 Şahmat dünya çempionatı Qətərdə keçiriləcək  |     22:47 HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək  |     22:33 "Qarabağ" hesabı artırdı  |    

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğan və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək, geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan, bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            321 10.12.24 19:34