Rusiya Prezidenti Vladimir Putin rus dilinə göstərilən diqqətə görə azərbaycanlı həmkarı İlham Əliyevə minnətdarlığını bildirib.
Median.Az xəbər verir ki, bunu Rusiya lideri Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
“Azərbaycanda rus dilindən hər yerdə və sərbəst şəkildə istifadə olunur. Hiss edirik ki, bu tendensiya Azərbaycan rəhbərliyi tərəfindən hər vasitə ilə dəstəklənir, İlham Heydər oğlu, rus dilinə göstərilən bu diqqətə görə Sizə minnətdarıq”, - o bildirib.
V.Putin bildirib ki, Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü müzakirə olunur.
“Azərbaycan Prezidenti bu təşəbbüsü dəstəkləyib. Ümid edirəm ki, biz bunu kifayət qədər tez həyata keçirəcəyik”, - o qeyd edib.