Mojo.az Banner
14:17 Müəllimlər məzuniyyəti bu şərtlərlə alacaqlar - QAYDALAR  |     14:05 Mehdiabadda qanunsuz fəaliyyət göstərən kolbasa sexi aşkarlandı  |     13:54 Bako Saakyana hökm oxundu  |     13:37 Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib  |     13:33 Ağcabədidə yeddi yaşlı oğlan bıçaqlandı: Saxlanılan var  |     13:11 Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edildi  |     12:55 Sabah Bakıda yağış yağacaq  |     12:45 Azərbaycanda baş memar işdən çıxarıldı  |     12:38 Arayik Arutyunyan və digərlərinə hökm oxunur  |     12:11 Xalq artisti müalicə xərclərini dövlət ödəyir  |     12:08 Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı (FOTO)  |     12:00 ABŞ-nin nümayəndə heyəti TRIPP layihəsinin icrası üçün Ermənistana gəlib  |     11:49 Dövlət Gömrük Komitəsinin Akademiyasının nizamnaməsi dəyişdirilir  |     11:42 Yer kürəsində planetar maqnit qasırğaları başlayıb  |     11:33 Ucarda arvadını öldürən şəxslə bağlı qərar ləğv edildi  |     11:17 Bakıda güclü külək hasarı aşırdı, dağıntılar altında qalan kişi öldü  |     23:00 “Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır  |     22:50 ABŞ və İran arasında planlaşdırılan danışıqlar LƏĞV EDİLDİ  |     22:45 Çin avtomobillərini oğurluqdan qorumağın YOLLARI  |     22:38 Pambıq ixracı azalıb  |    
Left Banner
Right Banner

İlham Əliyev Dağıstanın rəhbərinə başsağlığı verdi

24.06.2024 11:39 1 482
İlham Əliyev Dağıstanın rəhbərinə başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itkinin kədərini bölüşərək, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıram".

Qeyd edək ki, iyunun 23-də Dağıstanda terror aktları törədilib. Hadisələr zamanı 15-dən çox polis əməkdaşı həlak olub. Terrorçular zərərsizləşdiriliblər.скачать dle 11.3