Avropa Komissiyasının prezidenti İlham Əliyevə zəng edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:56 Bakıda gənc qız dəm qazından boğulub  |     12:55 8 "Oskar"lı məşhur filmin davamı çəkilə bilər  |     12:49 Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu  |     12:48 Qəzzada məktəb binasında gizlənən HƏMAS-ın yüksəkrütbəli zabiti məhv edildi  |     12:36 Güclü maqnit fırtınası Yerə çatacaq  |     12:35 Leyla Əliyeva MAMA "Ana təbiət" sərgisi ilə bağlı paylaşım edib - VİDEO  |     12:32 Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur  |     12:13 Yağıntılarla əlaqədar çaylarda sululuq artıb - FAKTİKİ HAVA  |     11:27 Vəzifəli şəxs işdən çıxarıldı  |     11:26 Həyat yoldaşını öldürmək istəyən kişi 14 il cəza aldı  |     11:21 "Apple" "iPhone"da SIM kartdan imtina edəcək  |     11:02 Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edildi  |     21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |     21:16 "AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu  |     21:08 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     20:43 Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək  |     20:27 Yaponiyada güclü zəlzələ baş verib  |     20:14 Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: "İki inək verirlər, üç gün sonra ölür"  |     19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |    

Avropa Komissiyasının prezidenti İlham Əliyevə zəng edib

Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AZƏRTAC xəbər verir ki, telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.

Söhbət zamanı 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib.

Avropa Komissiyasının Prezidenti Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            492 04.04.24 21:17