Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:31 Oğuzda silahlı şəxs saxlanılıb  |     13:22 Ermənistanda kazarmada ölən əsgərlərin qohumları: “Yanğına inanmırıq, onlara nəsə edilib”  |     13:20 MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq  |     13:19 Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb  |     13:18 “Bitcoin”in məzənnəsi 60 min dollardan aşağı düşdü  |     13:16 Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi  |     13:12 Elektron siqaretlə bağlı tələblər qoyula bilər  |     13:07 BDU-nun tələbəsi qəzada öldü - FOTO  |     13:06 Bank kartından 10 manat oğurlayan şəxs saxlanıldı  |     13:04 Nazir yüksək vəzifəli məmuru vəzifəsindən azad etdi  |     13:03 Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA  |     13:02 Dünya bazarında neft qiymətləri dəyişib  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir  |     12:52 Fransada Olimpiada ilə bağlı məxfi məlumatlar oğurlandı  |     12:35 Marketlərdə yeni tələ: Müştəri dolablarının təhlükəsizliyi niyə təmin olunmur?  |     12:34 Səkkiz nəşriyyat “ChatGPT”ni məhkəməyə verir  |     12:33 Dünyanın ən böyük kriptovalyuta birjasının rəhbəri cəzalandırıldı  |     12:32 İllər sonra “Arşın mal alan” filminin çəkilişindən olan nadir fotolar üzə çıxıb - VİDEO  |     12:30 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT  |    

Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.

President.az-ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır. Biz mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə əlaqələrimizin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik.

Əminəm ki, Azərbaycan-Litva münasibətləri həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 077 16.02.24 11:22