Mojo.az Banner
22:42 Azərbaycan Çinə fındıq və badam ixracını artıracaq  |     21:50 Azərbaycanda həkim vəfat etdi  |     21:06 Ruben Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib  |     20:41 Ağdamda insan qalıqları TAPILIB  |     19:55 Salyanda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şagirdlər evə buraxılıblar - AÇIQLAMA  |     19:41 Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikinti işlərindən GÖRÜNTÜLƏR (Video)  |     18:59 Binəqədidə obyektdə partlayış olub  |     18:39 Merts Berlində Paşinyanla görüşəcək  |     18:11 Hazırda paytaxt yollarında vəziyyət necədir?  |     18:10 Daşkəsəndə dava: 14 yaşlı oğlan çoxsaylı xəsarətlər aldı  |     17:43 Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib  |     17:27 DTX-nin həbs etdiyi kibercinayətkar şəbəkə üzvlərinə hökm oxunub  |     17:08 Şirkət rəhbəri borca görə məhkəməyə verildi - Qərar verildi  |     17:00 Bakıda restoranın havalandırma borusu ALIŞDI (Video)  |     16:41 Eskalatorun qırılmasında xəsarət alanların vəziyyəti açıqlandı  |     16:36 Azərbaycanda 18 həkim işləyə bilmək üçün rüşvət verib - SİYAHI VƏ MƏBLƏĞLƏR  |     16:26 Yeni milli park yaradılır - Kəlbəcər, Laçın, Ağdərə, Xocalını əhatə edəcək  |     16:19 "Ağdaş Bazar" ASC-yə məxsus bazarda nöqsanlar aşkarlanıb  |     16:14 Əli Kərimli barədə QƏRAR VERİLDİ  |     16:05 Gənclər Mərkəzinin rəhbərinə "stop" qoyuldu  |    
Left Banner
Right Banner

İlham Əliyev və Mehriban Əliyeva Xocalının Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər

20.12.2023 18:02 2 154
İlham Əliyev və Mehriban Əliyeva Xocalının Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər
Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı rayonunda olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci vitse-prezident rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər.

Qeyd edək ki, Şuşakənd kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.

Qədim tarixə malik kənddə bəzi tədqiqatlara görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb.

Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir.скачать dle 11.3