Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Merts Berlində Paşinyanla görüşəcək

05.12.2025 18:39 702
Merts Berlində Paşinyanla görüşəcək
Almaniya Kansleri Fridrix Merts dekabrın 9-da Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edəcək.

Bu barədə jurnalistlərə Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hill məlumat verib.

"Dekabrın 9-da, təxminən saat 16:00-da (Bakı vaxtı ilə 19:00 - red.) Almaniya kansleri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Danışıqlarda ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər və Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunacaq", - deyə Hill bildirib.

Onun sözlərinə görə, danışıqlardan sonra liderlərin birgə mətbuat konfransı planlaşdırılır.

Son xəbərlər