Mojo.az Banner
19:40 Onlar da sertifikasiya imtahanına - Cəlb olunur  |     19:37 Ötən ay bu qədər mənzilə “kupça” verilib  |     19:30 Güclü külək əsəcək - Xəbərdarlıq  |     19:24 Prezidentin təyyarəsini Serbiya qırıcıları müşayiət etdi - Video  |     19:15 Vüqar Qurbanovdan ilk - Açıqlama  |     19:10 “X”in fəaliyyətində problem yarandı  |     19:03 Gecə 2-də tanımadığı evin qapısını döydü - Həbs edildi  |     18:48 Sabah ilin ilk Günəş tutulması olacaq  |     18:36 Həmyaşıdının üstünə spirt töküb yandırmışdı - Tutuldu  |     18:32 Bakıda evdən meyit tapıldı  |     18:23 TƏBİB-in icraçı direktoru vəzifəsinə namizəd kimi göstərilən şəxs infarkt keçirdi  |     18:21 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     17:57 "Crocus City Hall" terrorçularının məhkəməsi: Dörd nəfərin təqsiri təsdiqləndi  |     17:43 Əli Kərimli və Məmməd İbrahim barəsində qərar qəbul olundu  |     17:34 Qobuda IX sinif şagirdi yaşıdına xəsarət yetirdi: Məktəbdən AÇIQLAMA  |     17:23 Türkiyədə kömür mədənində FACİƏ - Dörd nəfər dağıntılar altında qaldı  |     17:15 Azərbaycanın Ermənistana satdığı məhsulların dəyəri açıqlanıb  |     17:06 Yeni açılacaq Bakı-Belqrad reysinin qiyməti bilindi  |     17:05 "Lukoil"in operatoru növbə rəisinin pulunu oğurlayıb  |     17:02 Siyəzən icra başçısından QEYRİ-ADİ QƏRAR: Bir ay əvvəl vəzifə verdiyi şəxsi İŞDƏN ÇIXARDI  |    
Left Banner
Right Banner

Prezident İlham Əliyev: “Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır”

06.12.2023 17:03 2 709
Prezident İlham Əliyev: “Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır”
“Avropa İttifaqı ilə, Avropa Komissiyası ilə bizim çox yaxşı münasibətlərimiz var, sıx təmaslarımız var. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Bizim xarici ticarətimizin təqribən 50 faizi Avropa İttifaqı ilə aparılır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda bildirib.

Azərbaycanın Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlığa dair bəyanatlar qəbul etdiyini xatırladan dövlətimizin başçısı deyib:

“Bu da Avropa İttifaqının üçdəbiri deməkdir. Bu onu nümayiş etdirir ki, milli səviyyədə və təsisatlar səviyyəsində bizim əlaqələrimiz çox yaxşıdır. Şəxsən mən və Azərbaycan Şarl Mişelin səylərini hər zaman dəstəkləmişik ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsun. Onun tərəfindən Brüsseldə bir neçə görüş təşkil edilib. Biz indi mümkün yeni görüşü müzakirə edirik”.скачать dle 11.3
Mojo.az Banner