Mojo.az Banner
23:26 "Spotify" xidmətinin işində qüsurlar yarandı  |     22:47 Rixard Raşi Azərbaycana gəldi  |     22:46 Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır  |     22:39 Komendant bunları sizə qadağan EDƏ BİLMƏZ  |     22:32 Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir  |     22:24 Hotellər ən çox gəliri nədən əldə edir?  |     22:19 Dünyanın ən bahalı gəmiləri: "Trump"lar nüvə enerjisi ilə təchiz ediləcək  |     22:10 Bərdədə təqaüd və işə düzəltmə dələduzluğu  |     22:05 Azər Əhmədov vəzifəsindən azad edildi  |     21:58 Ermənistan Rusiyanın notasına əhəmiyyət vermədi  |     21:53 İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq  |     21:45 Yelo Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI  |     21:40 Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapıldı  |     21:33 BDU-nun əməkdaşı vəfat etdi  |     21:28 Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA  |     21:20 Qubanın üç kəndinin adı dəyişdirilib  |     21:15 Eminemin ilk albomu rekord qiymətə satıldı  |     21:07 Azərbaycan iqtisadiyyatı böyüyüb  |     21:01 "Valideyn uşağından imtina edirsə, dövlət ona sahib çıxmalıdır" - Deputat  |     20:54 İşğaldan azad olunan ərazilərə ayrılan vəsait açıqlandı  |    
Left Banner
Right Banner

Azərbaycan Prezidenti: “Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmişik”

20.11.2023 12:48 2 496
Azərbaycan Prezidenti: “Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmişik”
“Azərbaycan sədrliyi dövründə (Qoşulmama Hərəkatına - red.) dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdı. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 20-də Bakıda keçirilən Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində bildirilib.

Kolonializmin qadınların hüquqlarına da mənfi təsir göstərdiyini qeyd edən dövlətimizin başçısı bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıb.

“Qadınların hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi Qoşulmama Hərəkatının gündəliyində önəmli yer tutur. Hərəkat tərəfindən ardıcıl olaraq qəbul edilmiş sənədlərdə, o cümlədən 2019-cu il Bakı Zirvə toplantısının yekun sənədində bu mövzuya xüsusi diqqət yetirilib və bu sahədə üzv dövlətlərin öhdəlikləri müəyyən edilib”, - deyə müraciətdə vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner