Bərdə Peşə Liseyinin açılışı oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:42 "Molokan" bağının ətrafı niyə "HASARLANIB"? - BŞİH səbəbi AÇIQLADI (FOTO)  |     17:38 Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq  |     17:36 DİQQƏT - Sabah Azərbaycanda 12 mindən çox abonentin qazı kəsiləcək  |     17:33 Bu teatrlara “milli” statusu VERİLDİ  |     17:27 Bu tibb məntəqəsində rentgen müayinəsi dayandırıldı - FOTO  |     17:16 Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ  |     17:04 Abşeronda "KamAZ" qaçırıldı  |     16:59 Qusarda bələdiyyə sədri HƏBS EDİLDİ  |     16:48 Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb - FOTO  |     16:46 Belarus Prezidenti Aleksandr Lukaşenko ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib  |     16:26 Azərbaycanda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb  |     16:07 Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib  |     16:05 Elektron siqaret çəkdi, ağciyərləri partladı  |     16:01 Zelenski: “Xarkov istiqamətində vəziyyət gərgindir”  |     15:51 "Android" telefonları üçün yenilik: Oğurlananda özünü kilidləyə biləcək  |     15:50 “WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika  |     15:48 Azərbaycanda hüquq məsləhətçisi vəfat edib - FOTO  |     15:47 BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib  |     15:44 Təcili yardım maşını gec gəldi: İki komanda cərimələndi  |     14:20 Azərbaycan-Belarus sənədləri imzalanıb  |    

Bərdə Peşə Liseyinin açılışı oldu

Oktyabrın 3-də Bərdə Peşə Liseyinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, liseyin 5 bloklu tədris korpusunda sinif otaqları, laboratoriyalar, silah kabineti, idman və akt zalları, yeməkxana, emalatxana, iclas zalı və digər zəruri otaqlar vardır. Burada şagirdlərin mükəmməl peşə biliklərinə yiyələnməsi üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, ölkəmizdə peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Son dövrlər paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur. Yeni istifadəyə verilən Bərdə Peşə Liseyi də bu istiqamətdə həyata keçirilən layihələrdən biridir.

Xüsusi qeyd olunmalıdır ki, ölkə iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin açılması peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyacı artırır. Bu istiqamətdə özəl sektorla təhsil sahəsi arasında mövcud mexanizmlərin tətbiqinin gücləndirilməsi də əsas vəzifələrdən biridir. Bu sahədə həyata keçirilən tədbirlər gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların ixtisaslı kadrlarla təminatına müsbət təsir göstərir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            408 04.10.21 16:51