İlham Əliyevdən gənclərin xaricdə təhsili ilə bağlı SƏRƏNCAM » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:13 Yağıntılarla əlaqədar çaylarda sululuq artıb - FAKTİKİ HAVA  |     11:27 Vəzifəli şəxs işdən çıxarıldı  |     11:26 Həyat yoldaşını öldürmək istəyən kişi 14 il cəza aldı  |     11:21 "Apple" "iPhone"da SIM kartdan imtina edəcək  |     11:02 Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edildi  |     21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |     21:16 "AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu  |     21:08 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     20:43 Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək  |     20:27 Yaponiyada güclü zəlzələ baş verib  |     20:14 Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: "İki inək verirlər, üç gün sonra ölür"  |     19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |    

İlham Əliyevdən gənclərin xaricdə təhsili ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinin qarşısında tapşırıq qoyulub.

Nazirlər Kabineti gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Qeyd edək ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsi Azərbaycan müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilmişdir. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, bu çərçivədə gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaratmışdır.

Təcrübə göstərir ki, təhsilin keyfiyyətinin yüksəlməsi Azərbaycanda iqtisadi tərəqqinin daha da sürətlənməsi üçün güclü potensial yaratmışdır. Xüsusilə gənclərin xarici təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə əhəmiyyətli töhfə vermişdir.

Postpandemiya və yeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ehtiyac duyulan istiqamətlər üzrə qabaqcıl xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alması davamlı olmalıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 254 30.09.21 17:05