Ali Baş Komandan Vətən müharibəsindəki özünəinamından DANIŞDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:32 Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur  |     12:13 Yağıntılarla əlaqədar çaylarda sululuq artıb - FAKTİKİ HAVA  |     11:27 Vəzifəli şəxs işdən çıxarıldı  |     11:26 Həyat yoldaşını öldürmək istəyən kişi 14 il cəza aldı  |     11:21 "Apple" "iPhone"da SIM kartdan imtina edəcək  |     11:02 Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edildi  |     21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |     21:16 "AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu  |     21:08 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     20:43 Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək  |     20:27 Yaponiyada güclü zəlzələ baş verib  |     20:14 Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: "İki inək verirlər, üç gün sonra ölür"  |     19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |    

Ali Baş Komandan Vətən müharibəsindəki özünəinamından DANIŞDI

“Mən prinsipcə sakit və təmkinli insanam. Və mən dəfələrlə öz müsahibələrimdə demişəm ki, hər hansı bir dövlət xadimi, xüsusən də dövlətdə birinci şəxs vəzifəsini tutanlar hisslərini gündəlik vəzifələrinin xaricində qoymalıdırlar. Əlbəttə ki, hər bir insanın emosiyası var və biz hansısa formada onu büruzə veririk, ancaq çalışdığım illər ərzində, ehtimal ki, hisslərimi kənarda saxlamağa imkan verən keyfiyyətləri özümdə inkişaf etdirmişəm”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalına verdiyi müsahibədə jurnalistin “Müharibə zamanı hər kəs ilk növbədə Ali Baş Komandanın necə davrandığına, necə çıxış etdiyinə və necə danışdığına diqqət yetirir. Hər kəs Sizin necə sakit, təmkinli və özünəinamlı olduğunuza diqqət yetirdi. Əzminiz, inamınız və sakitliyiniz nəyə əsaslanırdı?” sualına cavabında deyib.

“44 günlük müharibə zamanı biz heç bir təxribata uymadıq. Hətta düşmən Azərbaycan şəhərlərinə zərbələr endirəndə, bizim uşaqlarımızı və qadınlarımızı öldürəndə biz eyni hərəkətlə onlara cavab vermirdik, biz onların şəhərlərini bombalamırdıq. Hərçənd ki, bizi boğan duyğuları başa düşmək mümkün idi. Amma biz vicdanla mübarizə apardıq, beynəlxalq humanitar hüquqa hörmət etdik və müharibə cinayətləri törətmədik. Müharibənin ilk günündən hərbi cinayət törədən hərbçilərin ağır şəkildə cəzalandırılacağına dair ciddi göstərişlər verdim.

Fikrimcə, dediyim bu faktorlar, üstəgəl tarixi ədalətə inam sizin sualınızı xarakterizə edir. Sonra cəmiyyət və hərbi komandanlıq üçün Prezidentin sakit, özünəinamlı, təmkinli olması, qələbəyə inanması çox vacibdir. Bu, onları ruhlandırır və onları bunu tabeliyində olanlara ötürür, bütün bunlar hansısa elektrik impulsu ilə bütün vertikala ötürülür – yüksək hərbi rəhbərlikdən sıravi döyüşçüyə qədər. Və bütün bunlar bütün cəmiyyətə ötürülür.

Vacib olan odur ki, hərbi əməliyyatlar başlanandan biz uzun müddətdir gözlədiyimiz qələbəni hiss etdik. Mən artıq demişəm ki, 27 sentyabrda bir çox yaşayış məntəqələri azad edilib. Və Azərbaycan cəmiyyəti praktiki olaraq hər gün müraciətlərim və çıxışlarım zamanı məndən yeni xəbərlər gözləyirdilər. Bir neçə gün fasilə olanda hamı düşünürdü: Heç nə baş verməyib? Axı hamı Azərbaycan Ordusunun irəli getməsinə öyrəşmişdi. Əlbəttə ki, bir anlayış var idi: müharibə gözlənilməzdir. Son dərəcə çətin ərazi relyefi, düşmənin eşelonla möhkəmləndirilmiş əraziləri və qurduğu çoxsaylı müdafiə xətlərini aşmaq ehtiyacını nəzərə alaraq, nümayiş etdirdiyimiz yüksək sürətlə irəliləmək çox çətin idi.

Biz əməliyyatları elə planlaşdırmışdıq ki, itkilər mümkün qədər minimal olsun. Buna görə də əks-hücum əməliyyatı aparan Azərbaycanın itkilərinin “taktiki olaraq geri çəkilən” Ermənistandan daha az olması təəccüblə qəbul edildi.

Hesab edirəm ki, bu amillərin birləşməsi məndə, Azərbaycan ordusunda və Azərbaycan xalqında inam yaratdı”, - deyə, dövlət başçısı vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            576 24.09.21 15:18