Prezident İlham Əliyev Oljas Süleymenovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, O.Süleymenov Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə təltif olunub.