Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.
Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.
Müraciətlərdə bildirilir ki, bu gün dünyanın harasında olmasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının diqqəti Ali Baş Komandana yönəlib.
Xalq qeyd edir ki, dövlət başçısı Ali Baş Komandan kimi xalqımızın torpaqlarının bütövlüyü, haqq və ədalət uğrunda mübarizəsinə rəhbərlik edir.
Müraciət edənlər xalqımızın igid oğlu, dəyanətli dövlət başçımızın 30 illik həsrətə son qoyduğunu və onunla fəxr etdiklərini vurğulayırlar.
Xalqın övladları Ali Baş Komandanın rəhbərlik etdiyi ölkənin vətəndaşı olduqları üçün fəxr etdiklərini qeyd edirlər.