Azərbaycan Ordusu daha doqquz kəndi azad etdi.
Bununla bağlı Prezident İlham Əliyev “Twitter” hesabında paylaşım edib:
Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 30, 2020