İlham Əliyev Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentlərinə təşəkkür etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |    

İlham Əliyev Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentlərinə təşəkkür etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə və Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova məktub ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktublarda sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti təxribat törətdiyini və bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutduğunu bildirib. Bu təxribat nəticəsində hərbçilərimiz, mülki şəxslərimiz həlak olub və yaralanıb. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.

Prezident İlham Əliyev Ermənistanın bu hücumunun planlaşdırılmış hərbi təxribat olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmağa yönəlmiş bəyanatları, iyul-avqust aylarında törədilmiş hərbi təxribatlar, Azərbaycanın işğal olunmuş ərazilərində xarici ölkə vətəndaşlarının qeyri-qanuni məskunlaşdırılması Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkmədiyini və yeni müharibəyə hazırlaşdığını göstərir.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğuna dair Azərbaycanın mövqeyini bir daha təkrarlayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi ilə bağlı Türk Şurasının 2020-ci il 28 sentyabr tarixli bəyanatına toxunan Prezident İlham Əliyev bu bəyanata görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə və Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova təşəkkürünü bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            828 03.10.20 22:49