Ramazan ayına baxmayaraq Səudiyyə Ərəbistanı höküməti kütləvi yığıncaqlarla, o cümlədən məscidləri ziyarətlə bağlı məhdudiyyətləri uzatmağa hazırdır.
“Habr Acil” portalı xəbər verir ki, bu haqda ölkənin Səhiyyə nazirliyinin nümayəndəsi Məhəmməd Abdel Əli bildirib.
“Hamı Ramazan ayında keçirilən dini yığıncaqlar üçün darıxır. Lakin həyata keçirilən tədbirlər koronavirus səngimədikcə davam edəcək”, - deyə M.A.Əli bildirib.