Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsində video paylaşıb.
Paylaşıma “Bu gün Abşeronun səmasında durna qatarı qanad çalırdı! Durnalar – sağlamlıq, səadət və uzunömürlülük rəmzidir! Qoy Uca Tanrı Azərbaycan xalqını qorusun və hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və uzun ömür bəxş etsin!”, – şərhi yazılıb.