“Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar, doğrudan da, böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər”.
Bunu Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında AzTV-yə müsahibə verərkən deyib.
Ölkə başçısı koronavirusla mübarizədə Azərbaycanın bütün vətəndaşlarını həkimlərə dəstək olmağa çağırıb. Prezident Azərbaycanda koronavirusa yoluxmuş insanlara da çağırış edib.
“O cümlədən, bu xəstəliyə yoluxmuş insanlara da, - biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, - müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim”, - deyə Prezident əlavə edib.