İlham Əliyevdən xalqa koronavirusla bağlı ÇAĞIRIŞ » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:55 Sənədsiz evi olanlara şad xəbər - Bu tarixdən "kupça" veriləcək  |     18:53 Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir - AÇIQLAMA  |     18:44 Toni Kroos “Real Madrid”dən ayrıla bilər  |     18:18 "Qaqarin” körpüsü sökülür? - VİDEO  |     18:15 Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA  |     18:13 Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər - VİDEO  |     17:01 "Bavariya"nın idman direktoru finalda "Borussiya"ya azarkeşlik edəcək  |     16:52 "AbzasMedia" işi çərçivəsində saxlanılan üç nəfərlə bağlı qərar verildi  |     16:51 Türkiyənin bu bölgələrində güclü zəlzələ ola bilər - alimdən XƏBƏRDARLIQ  |     16:40 Ermənistanda sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladıldı  |     16:10 Dövlət qurumunun iki idarəsi birləşir  |     16:07 Valeri Zalujnı Böyük Britaniya Krallığına səfir təyin olunub - YENİLƏNİB  |     15:57 Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edildi  |     15:44 Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”  |     15:41 ARB-nin aparıcısı övladını itirdi  |     15:24 1941-ci ildə müharibənin başlanması radio ilə elan olunur: AzTV-nin “Qızıl Fond”undan NADİR KADRLAR - VİDEO  |     15:12 Qızıl Avropa Liqasında çıxış edəcək milli komandamızın yekun heyəti bəlli olub  |     14:02 DİN-dən Lənkəranda ƏMƏLİYYAT: 22 kiloqram narkotik ələ keçdi - FOTO  |     13:45 Konor Makqreqor sonuncu döyüşünə çıxa bilər  |     13:36 Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq  |    

İlham Əliyevdən xalqa koronavirusla bağlı ÇAĞIRIŞ

“İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir”.

Bunu Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında deyib.

Ölkə başçısı söyləyib ki, Azərbaycan bu istiqamətdə (koronavirusa qarşı mübarizə sahəsində) önləyici tədbirlər görüb.

“Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır”,- deyə Prezident əlavə edib.

İlham Əliyev bildirib ki, hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir:

“Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.

Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 385 18.03.20 16:29