Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktoru ilə görüşüb — FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktoru ilə görüşüb — FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.
"Ölkə.Az" xəbər verir ki, son vaxtlar Azərbaycanda aparılan islahatlardan məmnunluğunu bildirən Erik Rondolat, ilk növbədə, ölkəmizdə həyata keçirdikləri layihələr barədə dövlətimizin başçısına məlumat verib. Qeyd edib ki, aparılan islahatlar Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşması, ölkəmizdə yeni layihələrin həyata keçirilməsi üçün gözəl zəmin yaradır.

“Signify” şirkətinin işıqlandırma sahəsində dünya liderlərindən biri olduğunu vurğulayan baş icraçı direktor rəhbərlik etdiyi qurumun ölkəmizə yeni texnologiyaların gətirilməsi baxımından Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu qeyd edib.



Bildirilib ki, şirkət iqtisadiyyat, o cümlədən kənd təsərrüatı sahəsində, həmçinin “ağıllı şəhər” layihələrində və internet texnologiyaları ilə işıqlandırma sistemlərinin inteqrasiyası istiqamətində müxtəlif həll variantları təklif edir. Baş icraçı direktor, eyni zamanda, istər kənd təsərrüfatı sahəsində, istərsə də digər sahələrdə işıqlandırma vasitəsilə yeni həll variantlarına investisiya yatırılması imkanlarını Azərbaycanın aidiyyəti qurumları ilə müzakirə etməkdə maraqlı olduqlarını, müvafiq sahədə yeni texnologiyaların ölkəmizə gətirilməsini təmin edə biləcəklərini vurğulayıb.

Görüşdən məmnunluğunu bildirən Prezident İlham Əliyev Bakı şəhərinin işıqlandırılması üzrə hazırda icra edilən layihənin sürətləndirilməsinin vacibliyini qeyd edib. Dövlətimizin başçısı, eyni zamanda, növbəti mərhələlərdə Sumqayıtda və Azərbaycanın digər böyük şəhərlərində işıqlandırmanın keyfiyyətinin artırılması, elektrik enerjisinə əhəmiyyətli qənaəti təmin edən yeni həll variantlarının tətbiqi, həmçinin kənd təsərrüfatının müxtəlif sahələrində işıqlandırma sistemləri vasitəsilə müasir texnologiyaların gətirilməsinin aidiyyəti dövlət qurumları ilə müzakirə olunması barədə müvafiq tapşırıqlarını verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 876 21.01.20 21:42