Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: “20 Yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub. 30 il bundan əvvəl xalqımızın qəhrəman oğul və qızları azadlıq və Vətənimizin istiqlaliyyəti uğrunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalmışlar.