2020-ci il “Könüllülər ili” elan edildi - SƏRƏNCAM » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     22:42 Tbilisidə etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb  |     22:17 Metronun "Həzi Aslanov" stansiyasında işlər nə vaxt yekunlaşacaq?  |     21:58 Rusiya aviasiyası 2016-cı ildən bəri ilk dəfə Hələbə zərbə endirdi  |     21:46 Nazir: Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500-ə qədər tələbənin qəbulu planlaşdırılır  |     21:36 Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB  |     21:30 "Ailəm dağıldı, reytinq xətrinə qarşı tərəfi danışdırdılar  |     21:23 Bakıda “Porsche” qəzaya düşdü, digər maşın yandı  |     21:15 44 yaşlı musiqiçi evində ölü tapıldı - FOTO  |     21:07 Yüzlərlə sahibkarı işsiz qoyaraq, narazılıq yaradan kimlərdir?  |     20:54 Kobaxidze: Aksiyalar xaricdən dəstəklənən zorakı ssenaridir  |     20:48 3 bürc dekabrda muradına çatacaq  |     20:40 Azərbaycanın Yüksək Liqasında daha iki görüş baş tutub  |     20:19 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 11 ailə Cəbrayıla köçürülüb  |     20:10 Abbas Araqçı Türkiyəyə səfər edəcək  |     20:03 Yaponiyada güclü zəlzələ oldu  |     19:50 İtkin düşən 33 yaşlı Leyla ilə bağlı təsirli fakt - Təfərrüat  |     19:46 Kürdəmirdə dəhşətli qəza, ölən var - Hadisə yerindən FOTOLAR  |     19:38 Fidan Lavrovla Suriyanı müzakirə etdi  |     19:33 Bakıda qızıl üzük oğurlandı - Saxlanılan var  |    

2020-ci il “Könüllülər ili” elan edildi - SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə qərara alıram:

1. 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.

Qeyd edək ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb.

Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilib. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb.

Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.

Bu il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilib və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 410 30.12.19 17:06