Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında telefon danışığı olub.
“RİA Novosti” xəbər verir ki, telefon əlaqəsi rəsmi Kiyevin təşəbbüsü ilə baş tutub.
Tərəflər dekabrın 9-da Parisdə planlaşdırılan “Norman formatı”nda görüşü müzakirə ediblər.
Danışıq zamanı dövlət başçıları 2018-ci ilin noyabrında Rusiyanın dövlət sərhədini pozan üç hərbi gəminin təhvil verilməsinə də toxunublar.
Zelenskinin ofisindən bildiriblər ki, Ukrayna lideri Kiyevə verilmiş gəmilərin silahlarının, avadanlığının və sənədlərinin qaytarılması zəruriliyini qeyd edib.